Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Araz Əlizadənin dairəsi sıfırlandı

Araz Əlizadənin dairəsi sıfırlandı

Dünən keçirilən seçkilərdə sürpriz hesab olunan dairələrdən biri də 35 saylı Xətai üçüncü seçki dairəsi hesab olunur. İlkin nəticələrdə bu dairədən bundan əvvəl deputat olan İqbal Ağazadənin yerinə ASDP sədri Araz Əlizdənin elan olunması maraqla qarşılanmışdı.

“Qafqazinfo” xəbər verir ki, həmin dairədə mövcud olan 33 seçki məntəqəsindən 6 protokol açıqlanmışdı. Hazırda isə bu rəqəmlər Mərkəzi Seçki Komissiyasının saytının “protokollar” bölməsində sıfırlanıb.

Lider namizədlər bölməsində isə ümumiyyətlə 35 saylı Xətai üçüncü seçki dairəsinin adı siyahıdan çıxarılıb.
Mübahisəli olan bu dairədə seçkinin nəticələri indiki məqamda sual altına düşmüş hesab olunur.

Araz Əlizadənin dairəsi sıfırlandı
Araz Əlizadənin dairəsi sıfırlandı

 

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın