Bazar , Yanvar 23 2022
Ana səhifə / Sosial / AQTA daha 12 müəssisədə pozuntular aşkarladı – SİYAHI

AQTA daha 12 müəssisədə pozuntular aşkarladı – SİYAHI

Monitorinqlər zamanı 12 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il dekabrın 14-də ölkə üzrə 394 ictimai iaşə obyektində 694 monitorinq keçirilib.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Yasamal‎ rayonu, N. Nərimanov pr., ev 9 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Ağa Hacıməmməd oğluna məxsus “Nəlbəki” restoranı;

2. Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirəli Qaşqay küç., ev 71 ünvanında yerləşən, fiziki şəxs Məmmədov İlham Valeh oğluna məxsus “Zoğal” restoranı;

3. Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev pr., ev 37E ünvanında yerləşən, fiziki şəxs Əliyev Eldəniz Heydər oğluna məxsus kafe;

4. Bakı şəhəri, Xətai rayonu, Xocalı pr., ev 14 ünvanında yerləşən, fiziki şəxs Məmmədxanova İradə Arif qızına məxsus “Yuka” restoranı;

5. Bakı şəhəri, Xətai rayonu, S. Vəzirov küç., ev 35 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Amin Asif oğluna məxsus kafe;

6. Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 20-ci sahə, A. İsmayılov küçəsi 15 ünvanında yerləşən, fiziki şəxs Qafarzadə Emil Rahib oğluna məxsus kafe;

7. Hacıqabul rayonu, Bakı-Şirvan yolunda yerləşən, fiziki şəxs Rüstəmov Mikayıl İsmayıl oğluna məxsus kafe;

8. Şirvan şəhəri, G. Şıxbala küçəsində yerləşən, fiziki şəxs Cəfərov Elxan Alxan oğluna məxsus kafe;

9. Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən, fiziki şəxs Əhmədov Seyfulla Ramazan oğluna məxsus kafe;

10. Kürdəmir rayonu, Atakişili kəndində yerləşən, fiziki şəxs Qədirov Amid Yengibar oğluna məxsus kafe;

11. Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən, fiziki şəxs Hümbətov İlqar Nurəddin oğluna məxsus kafe;

12. Göygöl rayonu, Azay Kazımov küçəsində yerləşən, fiziki şəxs Məmmədov Roman Nazim oğluna məxsus kafe.

Həmçinin oxuyun

Təqaüddə olan hərbçilər pensiyalarının azaldılmasına görə nazirliyi ittiham edirlər

Hərbi təqaüdçülər – ehtiyatda olan hərbçilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək pensiyaları …