Bazar , Noyabr 29 2020
Ana səhifə / Sosial / Apteklərdə hələ də maska tapılmır – Video

Apteklərdə hələ də maska tapılmır – Video

Son günlər ən çox müzakirə edilən mövzulardan biri də apteklərdə maskanın baha satılması və ya ümumiyyətlə tapılmamasıdır. Ölkə başçısı ötən gün Goranboy rayonunda çıxışı zamanı ölkəmizdə tibbi maska ehtiyyatının kifayət qədər olduğunu, suniqıtlığının isə bəzi möhtəkirlər tərəfindən yaradıldığını və bunu edənlərin də ən sərt formada cəzalandırılacağını bildirdi.

“Xəzər Xəbər” paytaxtdakı apteklərdə tibbi maska ilə bağlı sorğu keçirib və məlum olub ki, əksər apteklərdə maska satılmır. Aptekləri dərmanla təmin edən şirkətlər isə apteklərə hər gün maska verildiyini bildirir.

Koronavirusla mübarizə çərçivəsində hətta Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tibbi maskanın xəstə şəxslər və həkimlər tərəfindən istifadəsi tövsiyyə edilsə də suni şəkildə yaradılan ajiotajdan sonra apteklərdə maska tapılmadı və ya qiyməti bir neçə dəfə artdı. Çox təəssüf ki, hələ də bir çox apteklərdə maska tapılmır.

Paytaxt sakinlərinin sözlərinə görə, hazırda maska tapmaq üçün gərək bir neçə aptekə girəsən. Sorğu göstərdi ki, paytaxtdakı cəmi bir neçə aptekdə tibbi maska tapmaq olur.

Aptekləri dərmanlarla təmin edən böyük şirkətlərdən birinin direktoru Əzizə Baxşıyevanın verdiyi məlumata görə, hazırda anbarlarında kifayət qədər tibbi maska var. Onların nəzarətində olan apteklərə gündəlik tələbata uyğun 1-3 qutu maska verilir. Üstəlik maskanın 20 qəpikdən baha olmadan satılması tələbi qoyulub. Buna baxamayarq tövsiyyə edilib ki, maska limitlə satılsın. Çünki ölkədə maskadan istifadə edənlərin sayı az olduğu halda bəzi apteklərdə əssasız şəkildə maska həddindən artıq tez bitir. Bu isə onu göstərir ki, hələ də vəziyyətdən sui istifadə edənlər var.

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərə səfərlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

“Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu uzun müddət …