Bazar ertəsi , Sentyabr 28 2020
Ana səhifə / Sosial / Aptekə maskasız girən müştəri-satıcı qarşıdurması

Aptekə maskasız girən müştəri-satıcı qarşıdurması

“- İçəri girmək olmaz, maskanız yoxdur.

– Aptek nə üçündür bəs, maska almağa gəlmişəm də!

– Elə bir az əvvəl buna görə 400 manat cərimə olunduq, olmaz!”

Bu mübahisə və narazılıq “Neftçilər” metrostansiyasının yaxınlığında fəaliyyət göstərən aptekdə, satıcısı ilə paytaxt sakini arasında baş verib.

Maska almaq istədiyini deyən Sevda Əliyeva saytımıza şikayət edərək satıcının bu hərəkətinin düzgün olmadığını deyib: “Bu nə deməkdir, işə tələsirəm, avtobusa minəcəyəm deyə, təcili maska almalıyam. Bu cür təpki ilə üzləşirəm, bu nə özbaşınalıqdır. Bəs biz nə edək, həyatımızı niyə çətinləşdirirlər? Sonra da deyirlər maska taxın, xarici ölkələrdə maskaları insanlara pulsuz palyayırlar, bizdə əksinə mane olurlar”.

Adının çəkilməsini istəməyən satıcı isə bu məsələdə günahkar olmadığnı dilə gətirib: “Bizi də anlayın. 20 dəqiqə əvvəl bir vətəndaşa güzəşt edib içəri buraxdıq, polislər cərimələdilər. Biz də işimizi ziyansız görməliyik, axı”.  

Elşad Hacıyev: Vətəndaş məmnunluğunun təmin olunması üçün polis ...

Musavat.com məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevlə əlaqə saxlayıb. O bildirib ki, bütün hallarda qapalı məkanlarda maska taxılmalı olduğu yerlərdə cərimə nəzərdə tutulur: “Qanunvericilkdə yazılmayıb ki, vətəndaş aptekə girəndə necə olmalıdır. Orda ümumi yazılıb ki, qapalı məkanlara daxil olanda maska taxılmalıdır”.

Həmçinin oxuyun

Bakıda poliklinikanı pozğunluq yuvasına çevirdilər

Bakının Səbail rayon polisinə klinikalardan birinin mühafizəçisi barəsində şikayət daxil olub. Oxu.Az-a bu barədə hüquq-mühafizə …