Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Aprel şəhidlərinin plakatları yaşadıqları küçənin girişindən sökülüb

Aprel şəhidlərinin plakatları yaşadıqları küçənin girişindən sökülüb

Bir neçə gün öncə aprel şəhidlərinin plakatlarının yaşadıqları küçənin girişinə vurulması ilə bağlı geniş reportaj hazırlayaraq siz izləyicilərə təqdim etmişdik.
Belə ki, bir qrup gəncin təşəbbüsü ilə şəhid Əbdülməcid Axundovun, Şülan Bayramovun, Seymur Baxışovun, Rəşid Baxşəliyevin və digərlərinin plakatları hazırlanaraq yaşadıqları evin qarşısında asılmışdı.
Bu addım ictimaiyyət tərəfindən müsbət qarşılansa da, şəhid ailələrinin sevinci uzun sürməyib.
İslaminSesi xəbər verir ki, Sumqayıt sakinlərinin sabahı xeyirə açılmayıb. Belə ki, insanlar bir neçə gündür yuxudan oyanıb küçəyə çıxarkən ilk qarşılaşdıqları və qürur duyduqları şəhidlərin plakatlarını sökülb kənara atılmış vəziyyətdə görüblər. Aprel şəhidlərindən olan Əbdülməcid Axundov və Şülan Bayramovun plakatları artıq ərazidən götürülüb.
Vətən uğrunda canını fəda edən şəhidlərə qarşı sərgilənən bu münasibət həm ictimaiyyətin, həm də onların ailələrinin hiddətinə səbəb olub.
Şəhid anaları hətta özlərini yandıracaqlarını, bu laqeyd münasibətə dözə bilməyəcəklərini deyiblər.
Şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova bildirib ki, xəbəri eşidəndən məhv olublar: ” Bu hadisə mənə oğlumun şəhid olduğu haqda xəbəri alarkən keçirdiyim hissləri təkrar yaşatdı. Bu plakatları sökənlər yaşadığımız sevinc hissini yox etdilər”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …