Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / “Aprel döyüşlərinin təfərrüatları hələ də bilinmir” – Uorlik

“Aprel döyüşlərinin təfərrüatları hələ də bilinmir” – Uorlik

“Dağlıq Qarabağ münaqişə bölgəsində tərəflər atəşkəs rejiminə hörmət etməlidirlər. Aprel ayında biz xeyli sayda itkilərin şahidi olduq və hətta bu gün də mən ölənlərin sayının dəqiqi bildiyimizə əmin deyiləm. Lakin sülhün vaxtı çatıb. Regionda sülh hər şeyi dəyişəcək. Ermənistan üçün bu cəmiyyətin bütün əsaslarını dəyişəcək”.

Bunu ABŞ-ın ATƏT-in Minsk qrupundakı sabiq həmsədri Ceyms Uorlik “Amerikanın Səsi”nə müsahibəsində bildirib.

“Atəşkəs rejiminə hörmət edilməlidir. İnsan həyatlarını qorumaq, hətta danışıqlar prosesində irəliləyişə nail olmaq üçün vəziyyəti normallaşdırmaq lazımdır. Nə qədər ki, münaqişə aktiv vəziyyətdədir, nə qədər ki, hərbi əməliyyatlar davam edir, onda nizamlanma prosesində irəliləyişə nail olmaq çətindir”, – deyə Uorlik vurğulayıb.

ATƏT-in Minsk qrupunun son bəyanatını şərh edən Uorlik deyib ki, həmsədrlər tərəflərin atəşkəs rejiminə hörmət etməsi, həmçinin qurbanların olmaması üçün öz səylərini əsirgəmirlər: “Ümid edirəm ki, prezidentlər görüşə razılıq verəcək və danışıqlar prosesində irəliləyiş olacaq. Dekabr ayında mən həmsədr postundan uzaqlaşdığım vaxtda danışıqlar masasında tərəflər arasında müzakirə yarada biləcək olduqca maraqlı təkliflər var idi”.

Uorlik, həmçinin vurğulayıb ki, aprel müharibəsinin bütün təfərrüatları indiyə qədər açıqlanmayıb.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın