Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / “Aprel döyüşlərində Azərbaycanı məğlubiyyətdən biz qurtardıq” – İran

“Aprel döyüşlərində Azərbaycanı məğlubiyyətdən biz qurtardıq” – İran

“Biz həmişə qardaş Azərbaycana kömək etmişik və heç kim səmimiyyətimizə şübhə etməsin. Lakin Azərbaycan ilə İsrailin yaxınlaşması iranlıları çox narahat edir. Hamı bilir ki, İsrail İranı məhv etmək istəyir. Azərbaycan bizim əndişəmizi başa düşməlidir. ”

İran prezidentinin müşaviri Əli Əsgər Soltaniye bunu “haqqın.az” portalına verdiyi müsahibədə bildirib.
Ancaq İran prezidenti administrasiyasının nümayəndəsi hesab edir ki, Tehran ilə Yerevan arasında münasibətlərin yaxşı olması Bakının maraqlarına uyğundur.
-“Bu il aprel döyüşləri zamanı biz Ermənistana birbaşa xəbərdarlıq etdik ki, gərginliyin daha da artmasına imkan vermərik. Əgər Tehran ilə Yerevan arasında əlaqə olmasaydı, 1990-cı illərin əvvəlində olduğu kimi, ermənilər öz himayədarlarına arxalanaraq hərbi əməliyyatları davam etdirəcəkdi. Yerevanda dərk edirlər ki, onlar İran İslam Respublikasından asılı vəziyyətdədirlər və bu üzdən vəziyyəti gərginləşdirmirlər.”
Bəs 1990-cı illərin əvvəlində qardaş Azərbaycanın torpaqları işğal edilərkən Tehran niyə Ermənistana təzyiq göstərmədi? sualına cavab verən İran nümayəndəsi bu sualı Azərbaycanın əvvəlki rəhbərlərinə verməyi tövsiyə etmişdir:
“Onlar çox səhvə yol verdilər. İran o zamankı hakimiyyəti xəbərdar edirdi ki, bu siyasətin davam etməsi Azərbaycanın maraqlarına ziddir, lakin yalnız Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət dəyişdi. Əliyev yaxşı siyasətçi idi”.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın