Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Sosial / Aprel döyüşləri ilə bağlı Ermənistanı ifşa edən hesabat

Aprel döyüşləri ilə bağlı Ermənistanı ifşa edən hesabat

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi aprel döyüşlərinin səbəb və nəticələri, insan hüquqlarının pozulması, aşkar edilən problemlər, onların həlli yolları istiqamətində Ermənistan hakimiyyətinin öz vəzifə borclarını yerinə yetirilməməsinə dair hesabat hazırlayıb.

AzVision.az aprel döyüşlərindən 1 il sonra hazırlanan hesabatdan bəzi məqamları təqdim edir:

– Aprel döyüşlərinə, o cümlədən həlak olanların ölüm səbəblərinə dair Ermənistan parlamentinin müdafiə, təhlükəsizlik və daxili məsələlər üzrə komissiyası və ya Ermənistanın Müdafiə Nazirliyi tərəfindən hər hansı ictimai müzakirələr təşkil edilməyib

– Hüquq mühafizə orqanları tərəfindən hərbi texnikanın qeyri-qənaətbəxş səviyyədə hazırlanması, keyfiyyətsiz yanacaq təminatı, silah-sursat təminatı sahəsində korrupsiya halları, həmçinin hərbi əməliyyatlar zamanı konkret hallarda sursat təminatının uğursuzluğu, illərlə müdafiə məqsədilə büdcə vəsaitlərinin məqsədyönlü və səmərəli istifadə edilməsinə şübhələrin olması, hərbi qulluqçuların həlak olması səbəbləri, hərbi qulluqçuların insan hüquqlarının pozulması faktları üzrə hərtərəfli, tam və obyektiv istintaq həyata keçirilməyib.

– Aprel döyüşləri ərzində həlak olmuş hərbi qulluqçuların ölüm səbəbləri, onları yaradan səbəblər, o cümlədədən hərbi komandanlığın qeyri-qənaətbəxş rəhbərliyi, sursatın zəruri sayda olmaması və ya vaxtında çatdırılmaması, hərbi texnikanın texniki nasazlığı, qeyri-qənaətbəxş tibbi təminatın olması və digər cinayət tərkibli əməllər barədə hüquq mühafizə orqanları tərəfindən lazımi istintaq aparılmayıb.

– 2016-cı il aprel döyüşlərinə dair əldə edilən kəşfiyyat məlumatlarına gəldikdə isə bir tərəfdən Ermənistan prezidenti Serj Sarkisyanın və digər tərəfdən Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın kəşfiyyat məlumatları, həmçinin onlar və Ermənistanın sabiq baş qərargah rəisi Yuri Xaçaturovun davranışları arasında ziddiyətlər olub.

Aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri Ohanyanın və baş qərargah rəisi Xaçaturovun istefasına bu ziddəyətlərin səbəb olub-olmaması məlum deyil. Ancaq məlumdur ki, bu istefaların səbəbləri barədə də ictimaiyyətə izahat verilməyib.

– Aprel döyüşləri zamanı qeydə alınan sosial ədalətin kobud pozulmasının aradan qaldırılması istiqamətində bu günədək Ermənistan hakimiyyəti tərəfindən hər hansı bir layihə hazırlanmayıb, hər hansı bir tədbir həyata keçirilməyib.

– Aprel döyüşləri ərzində aşkar edilmiş çox saylı korrupsiya cinayətlərinə dair əsaslı məlumatlar və faktlar istiqamətində lazımi istintaq aparılmayıb. İctimaiyyətə Ermənistan silahlı qüvvələrində istefalar barədə əsaslı səbəb açıqlanmayıb. Hər hansı vəzifəli şəxs hərbi qulluqçuların həlak olması, buna səbəb olan cinayət tərkibli nöqsanlara və fəaliyyətsizliyə görə məsuliyyətə cəlb edilməyib.

Həmçinin oxuyun

Göyçayda toy karvanında baş verən qəzanın videosu yayıldı – FOTO\VİDEO

Ötən gün Göyçayda toy karvanında baş vermiş ağır qəzanın videosu yayılıb.  Oxu.Az-ın bölgə müxbirinin əldə …

Bir cavab yazın