Şənbə , Yanvar 16 2021
Ana səhifə / Sosial / Aprel ayı üçün bütün pensiya ödənişləri başa çatıb – RƏSMİ

Aprel ayı üçün bütün pensiya ödənişləri başa çatıb – RƏSMİ

Respublika üzrə aprel ayının bütün pensiya ödənişləri başa çatıb. Aprelin 8-10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR üzrə əmək pensiyalarının ödənişi aparılıb. Bu gün isə respublikanın digər şəhər və rayonları, həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyalar bank hesablarına köçürülüb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, pensiyaçıların yaxınları, ailə üzvləri evdən çıxmaq üçün müvafiq icazə əsasında, habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından alaraq sahiblərinə çatdıra bilərlər.

Bu zaman hər hansı faiz tutulmayacaq.

Qeyd edək ki, xüsusi karantin rejiminin tətbiqi şəraitində sosial ödənişlərin vaxtından daha əvvəl həyata keçirilməsi və bankomatlar qarşısında vətəndaş sıxlığının qarşısının alınması üçün pensiya, müavinət, təqaüd və ünvanlı yardımların ödənişi qrafikində dəyişiklik edilmişdi.

Yeni qrafikdə nəzərdə tutulan günlərdə də aprel ayının pensiyalarının ödənişi təmin olundu. Aprel ayının müavinət, təqaüd və kompensasiyaları bu ayın 20-21-də, ünvanlı dövlət sosial yardımları isə ayın 28-də veriləcək.

Həmçinin oxuyun

Səhiyyə Nazirliyindən vaksinlə bağlı AÇIQLAMA

“Vaksinlər təlim kursu keçmiş tibb işçiləri tərəfindən ediləcək. Peyvənd ediləcək poliklinikalarda tibb işçiləri seçilərək xüsusi …