Bazar , Oktyabr 20 2019
Ana səhifə / Sosial / Antisanitar şəraitdə limonad istehsal edən müəssisə aşkarlanıb – FOTOLAR

Antisanitar şəraitdə limonad istehsal edən müəssisə aşkarlanıb – FOTOLAR

Qida Təhlükəsizliyi Agentliyinə Mingəçevir şəhəri Günəş qəsəbəsində antisanitar şəraitdə limonad istehsal edilməsi ilə bağlı şikayət daxil olub.

Agentlikdən verilən məlumata görə, daxil olan şikayət əsasında qeyd olunan ərazidə agentliyin əməkdaşları tərəfindən monitorinq keçirilib.

Monitorinq zamanı daxil olmuş şikayət öz təsdiqini tapıb. Belə ki, ilkin baxış keçirilərkən qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub. Limonad istehsalı müəssisəsində ehtiyat su çəninin olmadığı və antisanitar şəraitin hökm sürdüyü aşkar edilib. 

Müəssisədə istifadə olunan avadanlıq və yuyucu vannaların gigiyenik tələblərə cavab vermədiyi, qida məhsulları ilə birbaşa təmasda olan ləvazimatların yeyinti sənayesində istifadə olunmasının qadağan olunduğu müəyyən edilib. Baxış zamanı emal sahəsində istifadə olunan xammal və hazır məhsulların laborator analizlərinin aparılmadığı və mənşəyinin məlum olmadığı aşkarlanıb.

Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. 

Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində aidiyyəti qurumlarla birgə tədbirlər davam etdirilir.

Həmçinin oxuyun

AQTA: İstifadəyə yararsız 90 tondan çox ət və ət məhsulları məhv edilib

2019-cu ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində istifadəyə yararsız 90 tondan çox ət və ət …