Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Ankarada Azərbaycanın dövlət müstəqilliyinin keçdiyi inkişaf yolu yüksək qiymətləndirilib

Ankarada Azərbaycanın dövlət müstəqilliyinin keçdiyi inkişaf yolu yüksək qiymətləndirilib

Ölkəmizin Türkiyədəki səfirliyinin və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) təşkilatçılığı ilə Ankarada dövlət müstəqilliyimizin bərpa olunmasının 25-ci ildönümünə həsr olunan mərasim keçirilib.
Moderator.az xəbər verir ki, mərasimdə səfirliyin əməkdaşları, qardaş ölkələrimizin görkəmli şəxsləri, elm və incəsənət xadimləri, diaspor, QHT və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın xilaskarı, ulu öndər Heydər Əliyevin və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün, həmçinin ölkələrimizin bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, respublikamızın müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr olunan sənədli film nümayiş etdirilib.
Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, TADF-in rəhbəri Bilal Dündar, Ankara Azərbaycan Evi Dərnəyinin sədri Erdoğan Çeçen, professor Aygün Attar və Türkiyənin Xaricdə Yaşayan Türklər və Qohum Xalqlar Komitəsinin rəhbəri Kudret Bülbülün çıxışları dinlənilib.
Səfir Faiq Bağırov çıxışında 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın keçdiyi milli azadlıq yolunun tarixi, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin əhəmiyyəti, son illər ölkəmizdə aparılan islahatların, həyata keçirilən daxili və xarici siyasət strategiyasının nəticələri barədə geniş məlumat verib.
Həyata keçirilən beynəlxalq iqtisadi layihələrin əhəmiyyətindən danışan diplomat diqqətə çatdırıb ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri Ulu Öndərimiz tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin əzmlə həyata keçirdiyi inkişaf strategiyasının bariz nümunələridir.
Dövlət müstəqilliyinin bərpa olunmasını tarixi nemət kimi dəyərləndirən digər çıxış edənlər bildiriblər ki, Azərbaycanın keçdiyi şanlı inkişaf yolu, qarşılaşdığı çətinlikləri qətiyyətlə dəf edə bilməsi ulu öndər Heydər Əliyevin bütünlükdə türk dünyası qarşısındakı tarixi xidmətlərinin tərkib hissədir. Azərbaycan xalqı Ümummilli Liderin adını və həyata keçirdiyi tarixi missiyanı hər zaman qəlbində yaşadacaqdır.
Tədbir iştirakçılarına “Heydər Əliyev” və “İlham Əliyev” nəşrləri ilə yanaşı, “İrs-Miras” beynəlxalq jurnalı və ölkəmizlə bağlı digər materiallar hədiyyə edilib.
 

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın