Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Anası və qızı əlil olan Bakı sakini: “Qızım yemək istəyir, evdə heç nə yoxdur…” – VİDEO

Anası və qızı əlil olan Bakı sakini: “Qızım yemək istəyir, evdə heç nə yoxdur…” – VİDEO

Həm anası həm də qızı əlil olan Bakı şəhər Nəsimi rayon sakini Hüseynli Sədaqət Məhi qızı onlara baxmağa maddi imkanının çatmaığını bildirir.
Yeniavaz.com-a müraciət edən S. Hüseynli, atasını itirdikdən sonra vəziyyətin onlar üçün daha a çətinləşdiyini bildirdi: “Hazırda Xıralanda “AAAF Park”-da yaşayıram. Qaldığımız evi atam kreditlə almışdı və krediti də taksi fəaliyyəti ilə məşğul olaraq özü ödəyirdi. İki il öncə o dünyasını dəyişdi və biz məcbur 67 yaşlı anamın əlilliyə görə hər ay aldığı 233 manatı kreditə bağlamalı olduq. Qızıma isə ayda 150 manat ödənilir. Ona baxdığım üçün 50 manat da mənə verilir dövlət tərəfindən. Ona baxmalı olduğum üçün işləyə də bilmirəm və biz 3 nəfər bu 200 manatla dolanmalı oluruq. 16 yaşlı qızım yataq xəstəsi olduğu üçün, sadəcə ayda 140 manat pampersə verməli oluram. Yemək istəyir, amma evdə heç nə yoxdur. Əqli qüsurlu olduğu üçün bunu ona izah edə bilmirəm”.
S. Hüseynli həmçinin bildirir ki, 16 yaşlı Fatimənin atası ilə hələ, onun 2 yaşı olanda ayrılıblar: “Yoldaşım İran vətəndaşı idi. Qızım iflic olduğu üçün mənimlə ayrıldı və öz ölkəsinə qayıtdı. İrana gedib məhkəmə üsulu ilə ondan aliment tələb edə bilərdim amma qızımın vəziyyətinə görə bunu da edə bilmədim”.

S. Hüseynli imkanı olanların köməyini gözləyir:
Əlaqə: 055 820 53 91
Hesab nömrəsi: 6768 6755 6343 3638
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Fazil Talıbov bildirdi ki, o cür vətəndaşlar üçün dövlətin ünvanlı sosial yardım proqramı mövcuddur: “O qadının gəliləri az olduğuna görə və özündən asılı olmayan səbəblərdən işsiz qaldığına görə ünvanlı dövlət sosial yardımı üçün müraciət edə bilər. Gəlirləri ilə ehtiyac meyarı arasındakı fərq dövlət tərəfindən ona vəsait şəklində ödənə bilər. Sadəcə bunun üçün ünvanlı sosial yardıma müraciət etməlidir”.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …