Şənbə , İyul 24 2021
Ana səhifə / Sosial / Anası narkotik qəbul edən uşaq sığınacağa yerləşdirildi

Anası narkotik qəbul edən uşaq sığınacağa yerləşdirildi

Sosial şəbəkələrdə Suraxanı rayonunda bir qadının azyaşlı uşağının gözü qarşısında narkotik vasitələrdən istifadə etməsi ilə bağlı fakt yerində araşdırılıb.

Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsindən verilən məlumata görə, komitəninin müraciəti əsasında, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları,rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri ilə birgə həmin ünvana baxış keçirilib.

Araşdırma zamanı həmin ailə üzvləri ana Arzu Mehtiyeva və ata Valeh Balacayevin tüfeyli həyat tərzi keçirdikləri müəyyən edilib. Buna baxmayaraq ananın və atanın narkotik maddələrdən istifadə etdikləri şübhə doğurduğundan onlar polis bölməsinə dəvət ediliblər. Mənzildə olan azyaşlı isə uşaq sığınacağına yerləşdirilib.

Həmçinin oxuyun

Azərbaycanda COVİD-19: yoluxma kəskin artdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb. Nazirlər …