Şənbə , İyun 19 2021
Ana səhifə / Sosial / ANAMA-nın əməkdaşı minaya düşüb

ANAMA-nın əməkdaşı minaya düşüb

Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni metodlardan istifadə edib dinc sakinlərimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluqdan verilən məlumata görə, noyabrın 14-də saat 19 radələrində partlamamış̧ silah-sursatın axtarışı ilə bağlı Füzuli rayonuna ezam olunmuş̧ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşı 1979-cu il təvəllüdlü Xudiyev Asif Mürsəl oğlu minaya düşməsi nəticəsində “sol ayağın topuqdan aşağı ətrafının travmatik amputasiyası” xəsarəti alıb.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış̧ keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Həmçinin oxuyun

Sabah 40 dərəcə isti olacaq – PROQNOZ

İyunun 20-də Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidməti bildirir ki, …