Ana səhifə / Sosial / AMİP və Avropa Ittifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbərləri görüşdü

AMİP və Avropa Ittifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbərləri görüşdü

AMİP Mətbuat və informasiya xidmətindən Moderator.az – a daxil olan məlumatda deyilir:

Bu gün AMİP rəhbərliyi ilə Avropa Ittifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbərliyi arasında görüş keçirilmişdir. Avropa Ittifaqının Azərbaycandakı Nümayəndəliyinin ofisində baş tutan görüşdə Azərbaycan Milli İstiqlal Partiyasını AMİP sədri Yusif Bağırzadə, AMİP Baş katibi Arzuxan Əlizadə və AMİP Beynəlxalq əlaqələr katibi Elşən Mustafayev, qarşı tərəfi isə Avropa Ittifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Malena Mard və Nümayəndəliyin Siyasi, İqtisadi, Mətbuat və İnformasiya bölməsinin rəhbəri Toralf Pilts təmsil etmişdir.
Görüş zamanı əsasən Azərbaycanda keçiriləcək Parlament seçkiləri öncəsi vəziyyət, eləcə də AMİP-in seçkilərdə iştirakı müzakirə olunmuşdur. Eyni zamanda Azərbaycanın Avropa məkanına inteqrasiyası, bu istiqamətdə siyasi partiyaların rolu və AMİP-in beynəlxalq əlaqələri ilə əlaqədar məsələlər müzakirə obyekti olmuşdur.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın