Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / AMİP Mehman Əliyevin həbsilə bağlı bəyanat yaydı

AMİP Mehman Əliyevin həbsilə bağlı bəyanat yaydı

Azərbaycan Milli İstiqlal Partiyası tanınmış jurnalist Mehman Əliyevin həbsi ilə bağlı bəyanat yayıb. Partiyanın mətbuat xidmətindən Azinforum.az-a göndərilən bəyanatı təqdim edir:

“Azərbaycan Milli İstiqlal Partiyası müasir Azərbaycanın müstəqillik tarixi boyunca azad sözün və demokratik dəyərlərin keşiyində dayanan “Turan” İnformasiya Agentliyinin yaradıcısı və rəhbəri Mehman Əliyevə qarşı Cinayət Məcəlləsinin ağır cinayət xarakterli maddələri ilə cinayət işi qaldırılmaqla barəsində həbs qəti imkan tədbirinin seçilməsinə qəti etirazını bildirir.

AMİP hesab edir ki, hazırki halda Mehman Əliyev barəsində həbs qəti imkan tədbirinin seçilməsi Azərbaycan Respublikası Prezidentinin cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Sərəncamında nəzərdə tutulmuş müddəalar ilə ziddiyyət təşkil edir.

Partiya ölkə xaricində tanınmış media qurumunun rəhbərinə qarşı gerçəkləşdirilmiş həbsin Azərbaycanın Beynəlxalq nüfuzuna xələl gətirə biləcəyindən narahatlığını ifadə edir və bunu nəzərə alaraq Mehman Əliyev barəsində seçilmiş həbs qəti imkan tədbirinin dəyişdirilməsini, həmçinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində başlanmış cinayət işinin bilavasitə ölkə rəhbərliyi tərəfindən nəzarətə götürülməsini məqsədəuyğun hesab edir.
AMİP müvafiq qurumları Beynəlxalq aləmdə ölkənin nüfuzuna ciddi zərbə vuracaq bu kimi addımlardan çəkinməyə çağırır”.

Azinforum.az

 

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın