Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / AMİP-dən rəsmi Ankara haqqında ağır suçlama…

AMİP-dən rəsmi Ankara haqqında ağır suçlama…

Arif Hacılı qarışıq bir çoxları o vaxt Etibar Məmmədovun əl-ayağına düşüb yalvarıb ondan imdad istəyirdilər. Hələ Etibar bəyə minnətdar olub, ona dua etməlidirlər ki, məhz onun sayəsində həyatda sağ qala biliblər. Elə A.Hacılı intihar etməyə də hazır idi…
AMİP Lideri Etibar Məmmədovun köməkçisi, Siyasi Şurasının üzvü Əli Orucovun uzun müddətdir o dövrün arxiv sənədləri, auduo və vidio materialları ilə işlədiyini bilirdik. Odur ki, arxiv sənədləri ilə işləyən  və məlumatlı şəxslərdən biri olaraq Əli bəylə görüşüb söhbətləşməyi lazım bildik. Moderator.az əməkdaşının ilk sualı da məhz məlum iyun hadisləri ilə bağlı oldu.
 
– Əli bəy, hər il olduğu kimi 4 iyun hadisələri ilə bağlı bəzi şəxslər tərəfindən AMİP suçlamalara məruz qalır. Partiyanızı və Lideriniz Etibar Məmmədovu  dövlət çevrilişinə və qiyama dəstək verməkdə, milli höküməti devirməkdə ittiham edirlər…
– Heç bir kəs, heç bir qüvvə AMİP-i nələrdəsə günahlandıra bilməz. AMİP yarandığı gündən dövlətçiliyin və milli maraqaların yanında olub. Mütəşəkkil siyasi qüvvə kimi Azərbaycanda təkpartiyalı siyasi sistemdən şoxpartiyalı siyasi sistemə keçidin təməlini qoymaqla yanaşı, hakimiyyətə demokratik yolla gəlmək iddiamızı açıq şəkildə bəyan etmişik. Onu da bəyan etmişik ki, hakimiyyətə gəlmək bzim üşün məqsəd deyil, vasitədir. Yəni Proqram və Prinsiplərimizi həyata keçirmək üçün hakimiyyətə vasitə kimi baxmışıq. Ötən əsrin sonlarından baş verən hadisələrin üzərində o qədər də böyük zaman keçməyib ki, kimlərsə bunu öz istək və maraqlarına uyğun təhrif etməyə çalışsın. Həmin dövrdə Moskvanın əlaltısı olan Mütəllibov hakimiyyətdən devrilsə də, Xalq Cəbhəsi böyük nüfuza sahib olsa da, çox ciddi səhvlərə yol verirdi. Bu bir hərakat olduğundan mütəşəkkil ireararxik siyasi qurum deyildi və getdikcə zorakılığa, vertikal idarəşiliyə söykənirdi. Yəni AXC-nin sədri postu formal mahiyyət daşıyırdı və əslində bu qurum bir-birinə rəğbəti olmayan ayrı-ayrı şəxslərın tam nəzarətində idi.  Və bu qruplar cəbhə daxilində o qədr güclü idilər ki, onlar hətta öz iradələrini sədrə də diqtə edə bilirdilər. Təhlükəlisi həm də o idi ki, o qrupların nəzarətində silahlı, hərbləşdirilmiş dəstələr də vardı. Üstəlik də, kommunist nomeklatura müqaviməti davam etdirirdi və Moskva ilə sıx təmaslarını saxlayırdı.  Belə bir şərtlərdə AXC A.Mütəllibovu silah gücünə devirib hakimiyyəti ələ aldı. Hakimiyyətə gələr-gəlməz AXC-də  qruplar arasında vəzifələrin bölüşdürülməsi uğrunda mübarizə qızışdı. AXC sədri Əbülfəz Elçibəy prezident seçilənədək  Ali Sovetin sədri olan İsa Qəmbər mərkəzi və yerli icra hakimiyyət orqanlarının demək olar ki, 90%-nə öz adamlarını vəzifələrə təyin etdi.
Yeri gəlmişkən, onu da deyim ki, Mütəllibov AXC tərəfdən silahla devilməsi ərəfəsində Etibar Məmmədov Türkiyəyə dəvət edildi və 3 gün Ankarada onun Bakıya dönməsinə imkan verilmədi. O zamanın Türkiyə iqtidarı bir növ Etibar Məmmədovu Ankarda saxlmaqala AXC-nin devrim planlarını maneəsiz həyata keçirməsinə əlverişli şərait yaratdı.
Xülasə, AXC gəldi hakimiyyətə, özünü milli adlandıranlar hərakatçı qüvvələrlə deyil, kommunistlərlə ittifaqa girdilər. Baş Nazir postunu Moskvanın nökəri adlandırdıqları və devirdikləri Ayaz Mütəllibovun ən yaxın adamı və onun baş naziri olmuş Rəhim Hüseynova həvalə etdilər. Ayazın kadrlarının əksəriyyəti öz vəzifələrində qaldı. Mütəllibovun seçdirdiyi 360 nəfərdən ibarət olan Ali Sovet buraxılmadı. İndi siz deyin görüm bunun nəyi milli hökümət oldu? Əgər Ayaz Mütəllibov və onun komandası, kadrları milli idisə, o zaman onu niyə devirirdilər? Yəni bu insanlar illər boyu öz səhvlərini etiraf edib üzr istəyib siyasi meydanı tərk etmək əvəzinə, hələ özlərinə haqq qazandırmağa, başqa yerlərdə günah axtarmaqla məşğuldurlar. Bunun özü də acizliyin və qorxaqlığın göstəricisidr. Bu insanlar hələ də qanmaq istəmirlər ki, müxalifətdə olan bir partiya və onun lideri Etibar Məmmədov mağmın və səriştəsiz iqtidarı qorumaq öhdəliyi götürməmişdi və bu onun vəzifəsi də deyildi.
– Dediniz AXC hakimiyyətə gələndə Ali Sovet buraxılmadı və yeni seçkilər keçirilmədi. Ancaq o zaman yüksək vəzifələr tutan P.Hüseyn, A.Hacılı və digərləri bildiriblər ki, onların yeni seçkilər keçirmək  planlarında olub, lakin Gəncədə baş verən məlum hadisələr buna imkan verməyib. Doğrudanmı belə olub?
– Əvvəla, bir daha vurğulayım ki, Gəncədə baş verən məlum hadisələr nəticə idi. 4 iyun AXC iqtidarının iqtidarsızlığının və dövləti idarə edə bilməməsinin nəticəsiydi. İndiyədək də həmin popuqaylar ki, var hər il bizə hücum çəkirlər, onlar səbəb barədə danışmırlar. Ona görə danışmırlar ki, bu onların hərtərəfli sonları və siyasi səhnədən birdəfəlik silinmələri olar. Əslində belə ləkəli, gözükölgəli və diligödək adamların siyasətdə “qalmaları” indiki iqtidara da sərf edir. Çünki bir az cızıqlarından çıxan kimi iplərini tez yığa bilirlər.
Yeni parlament seçkilərinin keçirilməsini Ali Sovetin sədri olmuş İsa Qəmbər  1992-ci ildə hakimiyyətə gəldikləri ilk vaxtlarda da deyib. Onun həmin ilin avqust ayında keçirdiyi mətbuat konfransında bu seçkiləri uzağı 4-5 aya keçirəcəklərini bəyan etsə də, sonradan bu fikirdən vaz keçdilər. Çünki, gördülər ki, sürətlə xalqın gözündən düşüblər, onlara olan inam kəskin şəkildə azalıb, seçkiləri biabırçı şəkildə uduzacaqlar. Bunun əvəzində isə o vaxt ən populyar olan AMİP-in reytinqi çox güclüdür, xalqın geniş dəstəyini qazanıb. Eyni zamanda H.Əliyev də Naxcıvan MR Ali Sovetinin sədri kimi sakit oturmurdu. A.Mütəllibovun tərəfdarları da yaranmış vəziyyətdən istifadə edərək fəallaşmışdı. Siyasi meydandakı vəziyyət  AXC-ni heç cür qane etmədiyindən yeni parlament seçkilərinin keçirilməsindənsə kommunistlərlə ortaqlıq qurub müəyyən müddətədək status-kvonu saxlmaq, həmin dövrədək isə müxalifəti sıradan çıxarmaq taktikasını seçdilər.  Gəncədə baş verən hadisələrin kökündə duran əsas səbəblərdən biri də məhz bu idi. Elçibəy hakimiyyəti açıq şəkildə deyirdi ki, Surət Hüseynovla məsələni həll etdikdən sonra növbəti hədəf AMİP və onun lideri Etibar Məmmədov olacaqdı. O ki, qaldı hadisələrin may-iyun aylarına təsadüf etməsinə, burda bir detalı nəzərə alsaq həqiqətin nədən ibarət olduğu tam aydınlaşar. Bayaq da dediyim ki, AXC iqtidarı silah gücü ilə gəldikdən sonra Ali Sovet buraxılmadı. Qanunverici orqan funksiyasını kommunistlərdən və demblokdan ibarət proporsional sayda təşkil olunan 50 nəfərdən ibarət Milli Şura yerinə yetirsə də, 360 nəfərlik Ali Sovet üzvlərinin əksəriyyəti kommunistlər idi. AXC-nin fərsizliyini və daxili çəkişmələrini, eləcə də iqtidarsızlığını görüb həm H.Əliyevin, həm də A.Mütəllibovun adamları Ali Sovetin sessiyasının çağrılması tələbi ilə 130 imza toplamışdı ki, bunların istefa məsələsini qoysunlar.  Lakin AXC iqtidarı həm Ali Sovetin tələbindən, həm də ölkədəki kütləvi narazılıqları boğmaq üçün rəqibləri güc və hərbi vasitə ilə boğmaq yolunu seçdilər. Surət Hüseynova Baş Nazırın müavini, prezidentin Dağlıq Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, Milli Qəhrəman, korpus komandiri və polkovnik kimi rütbə və vəzifələri  prezident Əbülfəz Elçibəy vermişdi.  Necə olur ki, hadisələrdən bir ay əvvəl Sürətin yanından qayıdan Arif Hacıyev onu AzTV-də mədh edir, ünvanına təriflər yağdırır, arasından heç bir ay keçməmiş qiyamçı və düşmən adlandırılır. Hər şeyə ədalətlə yanaşmaq lazımdır. 2 iyunda Gəncədəki 709 saylı hərbi hissənin buraxılması barədə əmr imzalanır, lakin əmrin icrası üçün qanunla tələb olunan 12 gün gözlənilmir, üstəlik də təhvil-təslim həyata keçirilmir və 2 gün sonra, yəni ayın 4-də “Tüfan” kod adlı hərbi əməliyyat keçirilir. Ölkənin güc strukturları, xüsusi xidmət orqanları, hətta cəbhə xəttindən düşmənlə döyüşən Milli Ordunun hərbi birləşmələrini Kəlbəcərə hücum adı ilə aldadıb Gəncəyə yeridirlər. Qardaş qırğınına rəvac verirlər. AMİP olaraq biz AXC iqtidarını bu yanlış addımlardan çəkindirməyə çalışmışıq. Etibar bəy hətta, 2 iyunda parlamentin iclasında açıq surətdə höküməti xəbərdar edib ki, belə yanlış addımın atılması faciələrə yol aça bilər. AXC hakimiyyəti hərbi əməliyyatı təkcə Gəncədə aparmırdı. İqtidar ordunun gücündən qanunsuz olaraq siyasi müxalifətə qarşı da istifadəyə cəhd göstərib. Bakıda yerləşən hərbi hissənin birinə o vaxtkı Müdafiə Naziri Dadaş Rzayevin bağlı zərfdə məxfi qrifli əmri daxil olur və məktubun açılmasına iyunun 4-də icazə verilir. Çox keçmədən məlum olur ki, bu məktubda 4 iyunda həmin hərbi hissəyə AMİP-in Azadlıq 179 ünvanda yerləşən Mərkəzi Qərargahının zəbt olunması əmr edilirmiş. Bu faktı D.Rzayev Gəncə hadisələrinin parlamentdə müzakirəsi zamanı etiraf edərək bildirdi ki, güya bu təhlükəsizlik məqsədi ilə edilib. Bunlar parlament seçkilərinə rəqibsiz və alternativsiz getmək istəyirdilər. O da baş tutmadı. Arif Hacılı qarışıq bir çoxları o vaxt Etibar Məmmədovun əl-ayağına düşüb yalvarıb ondan imdad istəyirdilər. Hələ Etibar bəyə minnətdar olub, ona dua etməlidirlər ki, məhz onun sayəsində həyatda sağ qala biliblər. Elə A.Hacılı özünü intihar etməyə də hazır idi. İndi hər cür nağıllar  uydura bilərlər. Amma tarixidən çamur atmaqla izləri silmək mümkün deyil.
– O vaxtkı AXC funksionerləri bildirirlər ki, Etibar Məmmədova baş nazir vəzifəsi təklif olunub, amma o, bundan imtina edib. Etibar bəyə təklif olunan ən yüksək postdan niyə imtina edib?
– Bu da yanlış məlumatdır ki, Etibar Məmmədov təklif olunan baş nazir vəzifəsindən imtina olunub. Əvvəla, heç vaxt AXC iqtidarı tərəfindən Etibar bəyə vəzifə təklifi rəsmən gəlməyib. İkincisi də, Etibar bəyə vəzifə lazım deyildi, o, ölkənin ağır durumdan çıxmasını istəyirdi. Vəzifə təklifinə gəlincə isə, məsələ belə olub. İyunun ayının 7-də A.Hacılı Etibar bəyin qəbuluna gələrək onunla görüşüb və keçmiş hərakatçı kimi ondan məsləhətməşələr aparmaq və kömək istəyib. Etibar bəy bu barədə danışılqarın aparılması üçün ona hər hansı bir səlaiyyətinin verilib-verilmədiyini soruşduqda isə bildirib ki, bu onun şəxsi təşəbbüsüdür. Üzərindən  illər keçəndən sonra isə məlum olur ki, əslində Arif Hacılya bu görəv rəsmən verilsə də, bunu bilərəkdən gizlədib, həm Etibar bəyə, həm də Elçibəyə yalan danışıb. Cünki Arif Hacılı Əbülfəz bəyə səhv məlumat verərək, Etibar bəyi tamam ayrı şəkildə təqdim edib və bildirib ki, o güya o, hər şeydən imtina edib. Bu həmin vaxtlar idi ki, prezident Naxçıvana H.Əliyevin Bakıya gəlməsi üçün təyyarə göndərmişdi. Görürsüz nə qədər qeyri-səmimidirlər?!
Sonrakı mərhələdə dolayı yolla, xarici vasitəçilərlə Etibar bəyə edilən təklif barədə ümumi razılıq əldə edilən günü isə gecə Ə.Elçibəy qəfldən heç kəsə demədən Bakını tərk edir və sərəncam imzalanmır.  Etibar bəy də heç bir əlahiddə səlaiyyət istəmirdi. Gəncədə qardaş qırğını törədənlərdən daha çox rolu olan iki-üç nəfərin tutduqları vəzifədən azad edilməsini, gərginliyin və emosiyaların yatırılması üçün müəyyən addımların atılmasını istəyirdı. Bunu isə etmədilər.
– Elçibəyin qəfil Kələkiyə getməsini qardaş qirğının və vətəndaş müharibəsinin qarşısnın alınması məqsədi ilə izah edirlər.
– Bunun da heç bir məntiqi izahı yoxdur. Əvvəla, 4 iyunda artıq Gəncədə qardaş qırğını da törədilmişdi, qan da axıdılmışdı. 35 nəfər həyatını itirib. Böyük dağıntılar və xəsarətlər var. Sürət Hüseynovun mətbuata verdiyi müsahibəsinə görə, hökümətin onun üzərinə göndərdiyi 1380 nəfərdən çox silahlısını tərkisilah edib. Əgər qardaş qırğını və vətəndaş müharibəsi istənilmirdisə bəs bu boyda silahlının Gəncədə nə işi vardı? Bunları ora kim göndərmişdi?  Bu sualların bir çoxuna hələ də aydınlıq gətirməli olan şəxslər aydınlıq gətirməyib. Əslinə qalsa, Elçibəyin Kələkiyə qəfil uçuşu H.Əliyevin hakimiyyəti ələ almasına maneəsiz şərait yaratmaq və özünü izolyasiyaya alan “komandasından”  xilas etmək idi.  Mən hesab etmirəm ki, o qorxusundan qaçıb. Lakin istənilən halda paytaxtı bu çətin anlarda buraxıb getməsi dövlət başçısı üçün normal sayıla bilməz. Sonradan da bütün təkidlərə, xahiş və tələblərə rəğmən Bakıya dönməməsi çıxılmaz və mürəkkəb situasiya yaratmışdı. Ermənistanla müharibə aparan, daxili ziddiyyətlər və çəkişmə halında olan bir ölkənin seçilmiş prezidenti paytaxtı qoyub düşmən dövlətin bir addımlığında yerləşən Kələki kimi balaca bir kənddən rabitə xətti ilə ölkəni idarə edəcəyini söyləməsi heç bir reallığa uyğun gəlmir. İkincisi də prezidentdən başqa hakimiyyətin heç bir qolu legitim deyildi. Belə olan halda Kələkidən idarəçilik nə dərəcə doğru və məntqi idi?
– Moderator.az saytına müsahibənin sonuncu bölümündə Mirmahmud bəy AMİP lideri Etibar Məmmədovun 4 iyun hadisələrindəki mövqeyini kəskin qınayıb və bildirib ki, “Milli istiqlalın o zaman tutduğu mövqe və milli hökumətin devrilməsində iştirakı həmin olaylar zamanı başadan-başa ağ geyimlərinə baxmayaraq qara üzdə ağ ləkədir. Yəni üz qaradır, bir dənə də yaxşı ləkə var. Obrazlı desək, biri bir cinayət işləyir. Həmin cinayətin cəzası nə qədərdirsə çəkir, amma bunu tamam silmirsən ki. Etibar bəyinsə nə qədər ömrü var, Allah ona uzun ömür qismət eləsin, nə qədər o hadisələrin iştirakçıları olan milli istiqlalçılardan yaşayanlar var, ömrü boyu bu ləkəni daşıyacaqlar”.
– Mən açığı inanclı və adında “MİR” olan bir şəxs olaraq bu mübarək Ramazan ayında Mirmahmud Ağadan ağzı oruclu belə bir açıqlama verməsini və böhtan söyləməsini gözləməzdim. İndi də inanmaq istərdim ki, oruc tutub, namaz qılan adam olmayan şeyləri dilinə gətirməklə, hətta təhqir sayıla biləcək ifadələrə yol verib özünü günaha batırsın.  Əgər doğrudan, təhriflər yoxdursa, bu boyda boynuna götürdüyü vəbal və günahlarının altından şətin ki, çıxa bilsin. KXCP sədri əgər Etibar bəyi xəyanətdə və digər şübhəli məqamlarda suçlayaraq onunla ötən 23 il ərzində sıx münsibət saxlayırsa, “salam-əleyk” edirsə, hətta nələrisə umubsa o zaman ən böyük ləkəni onun özü daşıyır.  Mirmahmud bəyin məntiqi ilə yanaşılsa, bilənlər bilir ki, Sovetlər vaxtı sərhəd bölgələrində yaşayanları DTK əməkdaşlığa çox cəlb etdiyindən bizim ona qarşı yaranan  şübhələrimiz  daha əsaslıdır. Digər tərəfdən necə olur ki, indi böhtan atdığı, suçladığı Etibar bəyin qəbuluna gəlib, siyasətə qayıtmasını və bütün xalqı, o cümlədən də keçmiş hərakataçıları yenidən səfərbər etməyə xahiş edirdi?! Siz özünüz qiymət verin, mənsə bundan atrıq heç nə demək istəmirəm, Mirmahmud Ağanın özü bilər, cəddi bilər. Bizm fəaliyyətimiz açıq olub, özləri kimi qaranlıq və gizli işlərlə məşğul olmamışıq. Etdiklərimizin də, tutduqlarımızn da, dediklərimizin də üzərində dayanırıq.
Davamı var…

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın