Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Amerikalı ekspert: “Moskvanın Azərbaycanın həyatını zəhərləmək imkanı Ankaradan daha çoxdur”

Amerikalı ekspert: “Moskvanın Azərbaycanın həyatını zəhərləmək imkanı Ankaradan daha çoxdur”

Rusiya prezidenti Vladimir Putin son müraciətində ölkəsinin regional ambisiyalarını irəli sürüb və qonşularına aydın mesajlar göndərib: Ukrayna artıq Moskvanın diqqət mərkəzində deyil, indi Suriya və Türkiyə diqqət mərkəzindədir. Bu barədə Turan-ın müxbiri ilə söhbətində Şimali Dakota Universitetinin professoru Tomas Ambrosio bildirib.
Moskva və Ankara arasında gərginlik artdıqca Qərbdə müşahidəçilər gərginliyin Qafqaz regionuna da yayıldığını qeydə alır.
Moskvanın hərbi ritorikası cəlb edilmiş bütün tərəflərə mənfi təsir göstərir, region ölkələrinin kənarda qalmasına imkan vermir, ekspert belə hesab edir.
Azərbaycanın hansı tərəfi tutmalı olduğu haqqında suala cavabda analitik belə deyib: “Mən Bakı hakimiyyətinə məsləhət versəydim, münaqişəyə qoşulmamağı tövsiyə edərdim. Bəli, Türkiyə təbii dost, etnik cəhətdən Azərbaycana yaxın ölkədir, amma Moskvanın Azərbaycanın həyatını zəhərləmək imkanı Ankaradan daha çoxdur”.
Rusiya Suriyada öz bazaları və İranla ittifaqın qorunub saxlanması naminə müttəfiqi Əsədin hakimiyyətdə qalmasında maraqlıdır.
Bundan başqa, Rusiya özünü İŞİD-ə qarşı baş mübarizəçi kimi göstərməə çalışır. Bu ölkənin ictimaiyyəti buna inanır, xüsusən, Rusiya təyyarəsinin məhv edilməsi fonunda.
Türkiyə Əsəddən xilas olmaq istəyir və kürdləri İŞİD-dən daha böyük təhlükə kimi görür.
Beləliklə, qiyamçılara (o cümlədən türkmən azlığa) qarşı Rusiya bombalarından istifadə edildiyi müddətcə gərginlik artacaq.
Öz növbəsində, Türkiyə buna İŞİD-ə qarşı mübarizənin pozulması kimi baxır.
Vəziyyətdən çıxış yolu Əsədin və Qərb koalisiyasının müharibədən sonra hakimiyyətin qurulması haqqında razılıq əldə edəcəyi düsturun axtarıb tapılmasındadır. Musavat.com

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın