Ana səhifə / Sosial / Amerika şirkətinin Laçının Əhmədli kəndində tikdirdiyi məktəb – VİDEO

Amerika şirkətinin Laçının Əhmədli kəndində tikdirdiyi məktəb – VİDEO

Xəbər verdiyimiz kimi, Amerikanın Kaliforniya ştatının Qlendeyl şəhərində yaradılmış “Hayrenaser” (erm. “Vətənpərvər” ) şirkəti Azərbaycanın işğal altındakı torpaqlarında bir sıra qeyri-qanuni layihələr həyata keçirib və buna davam edir.

Moderator.az xəbər verir ki, “KarabakhTV” bu dəfə həmin şirkətin Laçın rayonunun ən iri kəndlərindən biri olan Əhmədli kəndində(ermənilər “Herik” adlandırıb) tikdirdiyi orta məktəb binasının video-görüntülərini əldə edib.

Şirkətin təsisçiləri-erməni iş adamları Stepan Sarkisyan və Nelli Martirosyanın, eləcə də Los-Ancelesdə fəaliyyət göstərən “Hayrenasik” qrupunun dəstəyi ilə tikilmiş məktəbin açılışı 2016-cı ilin oktyabrında keçirilib.

Açılışda Xankəndindəki qondarma separatçı rejimin “baş naziri” adlanan Araik Arutyunyan, “Kaşataq rayonu”nun (Laçın, Qubadlı, Zəngilan rayonlarının ərazisi) icra başçısı Suren Xaçatryan iştirak edib. Məktəb binasının qarşısına həm qondarma rejimin, həm də Ermənistanın bayraqları asılıb.

Həmçinin oxuyun

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin …