Bazar , Noyabr 29 2020
Ana səhifə / Sosial / AMEA-nın serveri çökdü – Bütün institutların interneti kəsilib

AMEA-nın serveri çökdü – Bütün institutların interneti kəsilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bütün institutlarında və akademiyanın Rəyasət Heyətində internet kəsilib.
Bu barədə demokrat.az-a AMEA-nın məsul əməkdaşlarından məlumat daxil olub.
Məlumata görə, AMEA-da artıq bir neçə gündür ki, internet yoxdur.
Məlumatda deyilir ki, internetin kəsilməsinə səbəb AMEA-nın serverinin çökməsidir.
“Bir neçə gündür ki, AMEA-nın internet serveri istifadə müddəti bitdiyi üçün çöküb. Hazırda AMEA-nın yenidən internetlə təmin edilməsi istiqamətində iş aparılır”, – deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, AMEA-nın internet işini İnformasiya Texnologiyaları İnstitutu təşkil edir.

Həmçinin oxuyun

Övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq

Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanunlar valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılmasına, bu …