Bazar , Oktyabr 25 2020
Ana səhifə / Sosial / Almaniyalı deputatlar Qəbələdə məcburi köçkünlərlə görüşdü -FOTOLAR

Almaniyalı deputatlar Qəbələdə məcburi köçkünlərlə görüşdü -FOTOLAR

Almaniya Bundestaqının ölkəmizdə səfərdə olan Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupu Qəbələ rayonunun Zarağan bələdiyyəsi ərazisində 195 məcburi köçkün ailəsi üçün salınmış  yaşayış məhəlləsində olub.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev qonaqları səmimiyyətlə qarşılayıb, onlara  zəruri texniki infrastrukturla təchiz olunmuş yaşayış məhəlləsi haqqında məlumat verib. Ölkəmizdə aparılan hərtərəfli islahatlardan və əldə edilən sosial-iqtisadi uğurlardan söz açan  komitə sədri Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirdiyini, bununla bağlı konkret fəaliyyət proqramının həyata keçirildiyini, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həmin kateqoriyadan olan vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılmasına, onlar üçün yeni yaşayış sahələrinin inşa edilməsinə, məşğulluq və sağlamlıq məsələlərinə böyük qayğı göstərdiyini bildirib.

Qonaqlar  qəsəbədə yaşayan məcburi köçkünlərlə görüşüb,  burada fəaliyyət göstərən 188 yerlik məktəblə tanış olub, siniflərin birində “İngilis dili” dərsinin gedişini izləyiblər.  Məcburi köçkün ailələrdən birinin mənzilinə baş çəkən almaniyalı deputatlar ailə üzvləri ilə söhbətləşiblər.

Nümayəndə heyətinin rəhbəri Yohannes Kahrs bildirib ki, bütün ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər.  Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin möhkəmlənməsinin əhəmiyyətindən danışarkən,  Azərbaycandakı alman irsinə xüsusi diqqət göstərilməsini  yüksək qiymətləndiriblər. Bundan başqa, ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərin təqdirəlayiq olduğu bildirilib.

Həmçinin oxuyun

Polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı qəbul edilmiş qərara …