Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Almaniyada yaşayan türklər 1500 azərbaycanlı ailəyə yardım paketi göndərib – FOTOLAR

Almaniyada yaşayan türklər 1500 azərbaycanlı ailəyə yardım paketi göndərib – FOTOLAR

Almaniyada yaşayan Türklər tərəfindən Türk-İslam Diyanət İşləri Birliyi (DİTİB) vasitəsi ilə ehtiyacı olan 1500 ailəyə göndərilən yardım paketlərinin paylanmasına başlanılıb. 

Yardım paketi Azərbaycanda ehtiyacı olan 1500 ailəni əhatə edir. Bununla bağlı keçirilən tədbirə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, səfirliyin Dini Xidmətlər üzrə müşaviri Zeki Yavuzyılmaz və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıb. Səfir Bağcı mətbuata verdiyi açıqlamada kömək göndərənlərə və fürsəti yaradanlara təşəkkür edib. Diplomat Türk fondları və dərnəklərinin dünyanın hər yerində yaşayan insanların ağrılarını paylaşdığını ifadə edib. “Yalnız Ramazanda deyil, zəlzələ olsa, əlləri orada olacaq, müharibə olsa, əlləri orada olacaq, yanğın olsa, əlləri orada olacaq. Vicdanları və ürəkləri orada olacaq. Bu, inancımızın bir tələbidir. Türkiyədəki bütün yardım təşkilatları bu gün dünyanın ən böyük humanitar yardım təşkilatlarıdır. Qürur duyuruq”, -deyə səfir əlavə edib. 

Zeki Yavuzyılmaz, bütün dünyada yaşayan türklərin ürəklərinin “iki dövlət, bir millət” olma əlaməti olaraq Azərbaycan və Qarabağla döyündüyünü söyləyib.

IMG-20210502-WA0003.jpg (27 KB)
IMG-20210502-WA0002.jpg (33 KB)

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …