Ana səhifə / Sosial / Almaniyada Azərbaycana qarşı Qarabağ təxribatı

Almaniyada Azərbaycana qarşı Qarabağ təxribatı

Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan qondarma rejimin qanunsuz təbliğatını aparan “Artsaxın səsi” musiqi qrupu Almaniyanın Kil, Köln və Hamburq şəhərlərində konsert proqramı ilə çıxış edib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycana qarşı təxribat məqsədi ilə baş tutan konsert Ermənistanın Almaniyadakı səfirliyi tərəfindən təşkil edilib. Qrupun təsisçi Lira Koçaryandır.

Xatırladaq ki, qondarma rejimin qanunsuz təbliğatını aparan “Artsaxın Səsi” qrupu Avropanın müxtəlif şəhərlərində konsert proqramları ilə çıxış edərək, xarici ölkə vətəndaşlarına yalan məlumatlar ötürməklə məşğuldur. Qrupun fəaliyyəti sırf Azərbaycana qarşı təxribat məqsədi daşıyır. Rəsmi Bakı bununla bağlı dəfələrlə öz etirazını bildirib.

Azərbaycanın Xarici İşlər Nazirliyi bu kimi qanundan kənar, təxribatçı addımların qəbul edilməzliyini vurğulayıb və qonşu ölkələri təxribatlara qoşulmamağı çağırıb.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın