Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Almaniya XİN-dən Qarabağ açıqlaması: Artıq vaxt çatıb

Almaniya XİN-dən Qarabağ açıqlaması: Artıq vaxt çatıb

Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan 7 rayonunda Avropa Şurasının monitorinq institutlarının maneəsiz girişinin təmin olunmasının vaxtı çatıb.

AzVision.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu Almaniyanın Xarici İşlər Nazirliyinin dövlət naziri Mixael Rot AŞ Nazirlər Komitəsinin Kiprdə keçirilən 127-ci sessiyasında çıxışı zamanı deyib.

Rot eyni vəziyyətin Abxaziya və Cənubi Osetiya, Denstryanı, həmçinin Krıma aid olduğunu da vurğulayıb:

“Avropa Şurasının insan haqları üzrə səlahiyyətlisinin və digər monitorinq institutlarının bu regionlara maneəsiz girişinin təmin olunmasının vaxtı çatıb”.

Almaniya nümayəndəsi, Avropa Şurasının baş katibi Tyorbörn Yaqlandı bu istiqamətdə qətiyyətli şəkildə öz səylərini davam etdirməyə çağırıb.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın