Ana səhifə / Sosial / “Ali məktəblərin köçürüləcəyi yerdə metro stansiyaların olması çox vacibdir”

“Ali məktəblərin köçürüləcəyi yerdə metro stansiyaların olması çox vacibdir”

“Bakının Baş Planında ali təhsil müəssisələrinin Xocasən gölünün ətrafına köçürülməsini görürük. Bütövlükdə bu ideya cəmiyyətdə çoxdan müzakirə olunur. Doğrudan da şəhərin mərkəzində olan ali təhsil müəssisələrinin nəqliyyat problemlərinin həlli nəzərə alınaraq bir az kənara köçürülməsi və orada daha yaxşı, böyük şəraitin yaradılması məqsədəuyğundur”.

APA-nın xəbərinə görə, bunu Bakı şəhərinin Baş Planı üzrə yanaşmaların müzakirəsi zamanı çıxış edən Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova bildirib. Onun sözlərinə görə, bu zaman həmin ərazidən metro stansiyalarının keçməsi çox vacibdir.

Rektor Planda 2040-cı ilə qədər göstərilən əhali sayı ilə bağlı da təklif səsləndirib: “Mütəxəssislərlə müzakirəmiz əsasında bir narahatçılığı da diqqətə çatdırmaq istəyirəm. Burada 2040-cı ilə qədər əhali sayı 3 milyondan bir az artıq göstərilib. Amma mütəxəssislərlə müzakirəmiz zamanı düşündük ki, bu rəqəm bir az artıq gözlənilə bilər. Yalnız təbii artımı götürsək, mütəxəssislər hesab edir ki, bu müddətdə 50 faiz artım gözləmək olar. Hətta nəzərə alsaq ki, regionların sürətli inkişafı üçün proqramlar həyata keçirilir, Bakı ərazisində olan çoxsaylı məcburi köçkünlər başqa sahələrə köçürülür, yaş həddi artıq çoxalır, bu səbəbdən bu rəqəmə yenidən baxılsa, yaxşı olar”.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …