Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / Sosial / Ali məktəblərdə bu ixtisaslar üzrə dərslərə başlanılır

Ali məktəblərdə bu ixtisaslar üzrə dərslərə başlanılır

Bu gündən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa edilir.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, fevralın 15-dən həm də məktəbəqədər təhsil müəssisələrində, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə, xüsusi məktəblərdə (I-IX siniflərdə) həftədə 5 dəfə tədrisə başlanılır.

Həmçinin oxuyun

Sürücü 90-lıq yolda 86 ilə radara düşdü: müəmmalı protokol – VİDEO

Bakı-Qazax avtomagistralında sürət həddi saatda 90-km-dir. amma sürücü saatda 86 km sürət həddi ilə radara …