Ana səhifə / Sosial / “Aldığım maaş məni qane edir, narazı deyiləm” – Deputat

“Aldığım maaş məni qane edir, narazı deyiləm” – Deputat

“Aldığım maaşdan şikayətlənmirəm. Belə bir problemim yoxdur”.

Bunu AzVision.az–a millət vəkili Vahid Əhmədov deyib. Deputat mətbuatda maaş azlığından şikayətlənməsi haqda yayılan məlumatlara yenidən münasibət bildirərək bunun həqiqəti əks etdirmədiyini deyib.

“Əmək haqqı ilə bağlı soruşublar. Dedim gəlirimi və xərcimi bilirəm. Bunu həmişə tənzimləyirəm. Mənim maaşdan narazılığım yoxdur, bizi qane edir”,-deyə millət vəkili vurğulayıb.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə və bəzi xəbər saytlarında belə bir informasiya yayılmışdı ki, millət vəkili Vahid Əhmədov deputatların maaşının azlığından şikayətlənərək, 2 min 200 manatla hazırkı vəziyyətdə dolanmağın çətin olduğunu deyib.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın