Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Aldadıcı ustalar, yoxsa keyfiyyətsiz məhsullar? (VİDEO)

Aldadıcı ustalar, yoxsa keyfiyyətsiz məhsullar? (VİDEO)

Əksər sürücülər avtomobil hissələrinin baha olması səbəbindən detalları keyfiyyətsiz məhsullarla əvəz edirlər. Ustalar isə sürücülərə xəbərdarlıq edirlər.
Belə ki, ucuz ehtiyyat hissələri sürücüləri iki qat ziyana salmaqla yanaşı, həm də sizi canınızdan edə bilər.
Telman Abdullayev – sürücü: “Bir ay öncə “termostat”ı aldım 10 manata. İndi də təzəsini aldım, eyni şeydir. Usta pulunu da hesablasaq 15 manat edir”.
Keyfiyyətli məhsulların qiyməti sürücülər üçün əlçatan deyil. Bu səbəbdən sükan sahibləri əksər hallarda ucuz ehtiyyat hissələri alır.
Telman Şükürov – sürücü: “Yolda qalmaq, ustaya gəlib getmək vaxtımızı alır. Mahiyyəti 10 manata başa gəlirsə, mənə 20, 30 manat ziyan vurur. Maşın yolda xarab olanda evakuator çağırırıqsa ona da pul veririk. Bunların hamısı xərcdir”.
Orijinal olmayan ehtiyyat hissələrin sıradan çıxması, sürücü ilə usta arasında anlaşılmazlığa səbəb olur. Sürücü ikiqat xərc çəkirsə, usta keyfiyyətsiz məhsula görə eyni işi bir neçə dəfə görməli olur.
Azər Quliyev – usta: “Vaxt olub ki, yüksək bir məbləğ müqabilində bir işi görmüşəm. Bir neçə gün sonra həmin adam eyni problemə görə gəlib. Eyni işə görə həm müştəri ziyana düşür, həm də mən”.
Süleyman Əhmədov – usta: “Bəzi hallar olub ki, “paçebnik”lərin dəyişilib, qapının ağzında yenidən tökülüb. Məsləhət görərdim ki, orijinal ehtiyyat hissələri alınsın. Lakin müştərinin imkanı və ya orijinal hissənin mağazada olmaması bizi qeyri-orijinal hissələr istifadə etməyə sövq edir”.
Satıcılar da maşının detallarının keyfiyyətinə önəm verməyi tövsiyə edir. Ucuz avadanlıqların tez sıradan çıxması sükan sahiblərini növbəti dəfə xərcə salır.
İmran Mədətov – satıcı: “”Mercedesin” Almaniyadan gələn “şaravoy”u 30, 35 manat arasında olursa, digər ölkələrdən gələn ucuz mallar 10, 15 manat fərq edir. Müştərilər özlərini aldatmasınlar. Təmiz mal istəsinlər. Onlara keyfiyyətli hissələr verilsin ki, həmin malın zəmati də daşınır”.
Avtomobilə ehtiyyat hissələri alındıqda usta ilə məsləhət etmək və ya zəmanətli detal almaq məsləhət görülür.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …