Ana səhifə / Sosial / Aktyor bahaçılıqdan gileyləndi: “Bu qiymətə də məktəb forması olar?”

Aktyor bahaçılıqdan gileyləndi: “Bu qiymətə də məktəb forması olar?”

“Bu, nə biabırçılıqdır! Belə qiymətə də məktəb forması olar? Bir uşağın məktəb geyiminin ortalama qiyməti 200 manata başa gəlir! Adi 2-ci sinif şagirdi üçün sadə göy şalvar 30 manat! Bu da o deməkdir ki, bir ailədən azı iki uşaq məktəbə yola salınırsa, 400 manat təkcə geyimlərinə pul verilməlidir. Hələ üstünə ləvazimatları gəlsək ümumi 600 manat edir”.

Bunu tanınmış aktyor Rəşad Kəsəmənli bildirib.

“Bir evə ortalama 1500 manat pul gəlirmi? Bu qiymətləri tənzimləyən nə düşünür, görəsən? Bunun bir məntiqli açıqlaması varmı? Uşaqlara verilən təhsil də geyimlərinin qiyməti qədər yüksəkdirmi?”, –  R.Kəsəmənli sual ünvanlayıb.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …