Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / AKİF NAĞI MİLLƏT VƏKİLİNİ HƏDƏLƏDİ

AKİF NAĞI MİLLƏT VƏKİLİNİ HƏDƏLƏDİ

“Araz Əlizadəni elə günə salarıq ki, adını da yadından çıxarar”
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının millət vəkili Araz Əlizadəni söylədiyi fikirlərdən dolayı tənqid etməsi qarşı tərəfin kəskin reaksiyasına səbəb olub. A.Əlizadə QAT sədrinin ünvanına təhqiramiz ifadələr səsləndirib və rəhbərlik etdiyi qurumun fəaliyyətini tənqid edib:

“Akif Nağının QAT-ı “qat” bağlayıb. Onun kimi mahiyyəti 5 qəpik olmayan insan mətbuatda mənim barəmdə xoş olmayan, savadsız sözlər deyib. O özü həmişə gizlənir. Adama deyərlər ay ağılsız, sözün var, dur, gəl, bura. Onu vursam elə vuracam ki, yerindən qalxa bilməyəcək. A.Nağının təşkilatı şüşə sındırmaqla məşğuldur. Bəyəm bu, azadlıq təşkilatıdır? Xeyr, gədə-güdənin yığıldığı yerdir”. Barəsində deyilənlərə münasibət öyrənmək üçün Akif Nağı ilə əlaqə saxladıq. QAT sədri “Şərq”ə verdiyi açıqlamada bunları dedi: “Araz Əlizadə hansı məzhəbə qulluq etdiyini özü də bilmir. Onun mövqeyi yoxdur, gah böyük vətən müharibəsi konsepsiyasını irəli sürür, gah da ermənilərlə “xalq diplomatiyasına” gedir və düşməni Bakıya dəvət edir.

A.Əlizadə dəfələrlə düşmənlərimizi Bakıya dəvət etdiyi üçün onunla aramızda kəskin mübahisə olub. Həm fikir mübahisəmiz olub, həm də aksiyalara əl atmışıq. Görünür, biz belə etməklə Araz Əlizadənin beynəlxalq fondlardan aldığı maliyyəsini kəsmişik. Ya da onun ermənilərlə münasibətlərinə ziyan vurmuşuq. Ola bilər ki, bizə qarşı aqressiyası bundan qaynaqlanır”. A.Nağı bildirib ki, əgər belə davam edərsə, millət vəkili üçün pis olacaq: “Otursun yerində, bizi tərpətməsin, qıcıqlandırmasın. Onu elə günə salarıq ki, adını da yadından çıxarar, ölkədən rədd olub gedər. Bizimlə işi olmasın, getsin öz işi ilə məşğul olsun və QAT-la bağlı fikirlərini dayandırsın, boş-boş danışmasın. Təşkilatımızın üzvləri Vətən uğrunda canlarını qoyublar, bəzi adamlar kimi rusların, ermənilərin qarşısında quyruq bulamayıblar. Xalq QAT-ın fəaliyyətinə də, Araz Əlizadənin hərəkətlərinə yaxşı qiymət verir. Onun necə deputat olması hamıya bəllidir. İndiyə kimi nə cür fəaliyyət göstərməsi də heç kimə sirr deyil. QAT üzvləri heç kimin şüşəsini

sındırmırlar, bəziləri kimi oğurluq etmirlər. Araz Əlizadə kimi mənasız deputat olmurlar. Onun kimi millət vəkili olmaqdansa, elə xalqın naminə aksiya keçirmək, bu uğurda şüşə sındırmaq daha şərəflidir. Biz bunu şəxsi mənafeyimizə görə deyil, millət naminə edirik. Düşmənlər də bizi yaxşı tanıyır. Ermənilərin Azərbaycanda qorxduğu yeganə qurum bizim təşkilatdır. A.Əlizadə qısqanclıqdan bizi hədəf seçib.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın