Ana səhifə / Sosial / Akif Nağı Beynəlxalq Foruma sədr seçildi – FOTOLAR

Akif Nağı Beynəlxalq Foruma sədr seçildi – FOTOLAR

İşğala, Terrora və Əsassız İddialara Qarşı Beynəlxalq Forumun (İTƏİQBF) Azərbaycan təmsilçiləri aprelin 6-da növbəti iclasını keçirib.
İclasda İTƏİQBF-un üzvləri Radə Abbas, Sultan Əzimzadə, Emin Həsənli, Akif Kərimov, Mehdi Mehdiyev, Akif Nağı, İsmayıl Ağayev, Nəsimi Qarabağlı, Mətanət Əsgərqızı, Mehriban Abdullayeva, Firuzə Əsədullayeva, Şərqiyyə Dadaşova, Cəsarət Hüseynzadə, Sərraf Oruc, Naibə Behbudova iştirak ediblər.
Emin Həsənli iclasın sədri, Cəsarət Hüseynzadə isə iclasın katibi seçiliblər. Gündəliyə Forumun təşkilati məsələləri daxil edilib.
Qurumdan musavat-com-a verilən məlumata görə, qərara alınıb ki, Forumun 7 nəfərdən ibarət İdarə Heyətinə Akif Nağı, Mehdi Mehdiyev, İsmayıl Ağayev, Emin Həsənli, Əkbər Qoşalı, Şərqiyyə Dadaşova, Nəsimi Qarabağlı, Forumun 3 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyasına Akif Kərimov, Sərraf Orucov, Tahirə Məmmədova seçilsinlər.
Daha sonra İTƏİQ BF-un İdarə Heyətinin sədri vəzifəsinə isə Akif Nağı seçilib. Daha sonra İsmayıl Ağayev İTƏİQ BF-un İH-nin sədrinin 1-ci müavini (Beynəlxalq Əlaqələr üzrə) Mehdi Mehdiyev İTƏİQ BF-un İH-nin sədr müavini (Təşkilatı məsəllər üzrə), Əkbər Qoşalı İTƏİQ BF-un İH-nin sədr müavini (Humanitar məsələlər üzrə) seçiliblər.
Musavat.com



Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın