Ana səhifə / Sosial / Ailəsi elçisinə “YOX” dedi – 16 yaşlı qız intihar etdi

Ailəsi elçisinə “YOX” dedi – 16 yaşlı qız intihar etdi

Lənkəran şəhərində intihar hadisəsi baş verib.

Hadisə rayonun Girdəni kəndində baş verib.

Belə ki, 2005-ci il təvəllüdlü Monika Cəbrayıl qızı Hüseynzadə yardımçı tikilidə özünü asaraq intihar edib.

Belə ki, 103 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına damdan yıxılaraq xəsarət alma ilə bağlı çağırış olub. Həkim briqadası hadisə yerinə çatanda sözügedən şəxsin öldüyü məlum olub. İlkin müayinə zamnı M.Hüseynzadənin hündürlükdən yıxılaraq xəsarət alması nəticəsində deyil, asılaraq ölməsi müəyyənləşib.

Məlumata əsasən M.Hüseynzadə yetiklink yaşına çatmasa da bir müddət əvvəl ona elçi gəlib və ailə üzvləri bu izdivaca razılaşmayıblar.

Bundan sonra qızda psixoloji narahatlıqlar yaranıb. Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır. Report

Həmçinin oxuyun

Sabah 27 dərəcə isti olacaq PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və …