Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Aİ-dən şəhidin nəşinin qaytarılmamasına münasibət

Aİ-dən şəhidin nəşinin qaytarılmamasına münasibət

“Biz ümumilikdə ATƏT-in Minsk qrupunun həmsdərlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərini dəstəkləyirik”.

Bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard erməni tərəfinin azərbaycanlı hərbçinin nəşinin geri qaytarmaqdan imtina etməsi barədə sualı cavablandırarkən bildirib.

Mard xatırladıb ki, bununla bağlı artıq ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat yayıblar.

Qeyd edək ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.

Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın