Ana səhifə / Sosial / Ağsaqqal kişi deputatlığa namizədi pərt etdi-Seçicilərlə görüşdə qalmaqal

Ağsaqqal kişi deputatlığa namizədi pərt etdi-Seçicilərlə görüşdə qalmaqal

42 saylı Sumqayıt Seçki Dairəsindən millət vəkilliyinə namizəd, “Azərsutəchizat tikinti” ASC-nin rəhbəri Mirzəcan Xəlilov seçicilərinin qarşısında pis vəziyyətə düşüb.
Bu barədə pia.az-ı məlumatlanıdran sumqayıtlı seçici bildirir ki, oktyabrın 10-da Azərsutəchizat tikinti” ASC-nin rəhbəri Mirzəcan Xəlilov seçiciləri ilə görüşdə insident yaranıb. Belə ki, görüşdə iştirak edən bir ağsaqqal seçici ilə yaşanan dialoq “Azərsutəchizat tikinti” ASC-nin rəhbərinin”kefinə əməlli başlı soğan doğrayıb” və Mirzəcan Xəlilov görüşdən pərt halda ayrılıb.
Sumqayıtlı seçici bildirir ki, seçicilərinə vədlər verən Mirzəcan Xəlilovun sözünü yerdən bir ağsaqqal bir seçici kəsib və eamizədə sual edib:
– Sən harda işləyirsən?
– Mən “Azərsutəchizat tikinti” ASC-nin rəhbəriyəm, – deyə Mirzəcan Xəlilov bildirib.
– Sənin işçilərin bilirmi ki, sən deputatlığa namizədsən?
– Bəli.
– Onlar bilirlər, sən bu gün bu məhəllədə görüş keçirəcəksən?
– Bəli.
– Onda üç gündür niyə bu məhəlləyə su vermirlər. Heç olmasa sənin görüşə gəldiyinə görə işçilərin bizə su verəydi.
Mənbə bilidirir ki, bu dialoqdan sonra Mirzəcan Xəlilov tamamilə pərt olub və ağsaqqala nəcavab verəcəyini bilməyib.
Qısa zamandan sonra isə namizəd seçiciləri ilə görüş yerini tərk edib.
Qeyd edək ki, Mirzəcan Xəlilov haqqında mətbuatda gedən yazılarda bildirilir ki, Xəlilov “Azərsutəchizat tikinti” ASC-nin rəhbəri olaraq dövlət torpaqlarını suvarma adı ilə özünün təsərrüfatını genişləndirib, büdcədən ayrılan milyonlarla manat vəsaitlərin mənimsənilməsi sayəsində deputatlığa namizəd villalara sahiblənib.
Mirzəcan Xəlilov hakim partiyaya qarşı çıxaraq öz təşəbbüsü ilə namizəd olub. Sabirabad rayonunun Kovlar kəndində anadan olan Mirzəcan Xəlilov 2005-ci ildə 63 saylı Sabirabad I Seçki Dairəsindən deputatlığa namizəd olub.
Hakim Yeni Azərbaycan Partiyasının siyahısı ilə deputat olmaq istəyən Mirzəcan Xəlilov sonradan məğlub olub. Mirzəcan Xəlilov 2006-ci ildə 44 saylı Sumqayıt Seçki Dairəsindən namizəd olsa da, bu dəfə də deputat mandatı qazana bilməyib.
Mirzəcan Xəlilovun rəhbərlik etdyi qurum “Azərsu” ASC-yə tabedir. Tia.az saytı yazır ki, 2006-cı ildə Sabirabaın içməli su təchizatı ilə bağlı milyonluq tenderin qalibi olmuş “Azərsutəchizat tikinti” ASC ilə bağlı korrupsiya iddiaları da olub. Lakin sonradan Mirzəcan Xəlilovun təşkilatı yenidən tenderlərin qalibi olub. 2014-cü ildə sabiq deputatlığa namizəd Mirzəcan Xəlilov Sabirabad rayonu ilə Kürdəmir rayonu arasındakı istifadəsiz olan 100 min hektarlarla ərazinin şoranlaşmadan yuyulması üçün tenderin qalibi olub.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin xətti ilə dövlət sifarişi olan tenderin qalibi olan Mirzəcan Xəlilov həmin əraziləri şoranlaşmadan təmizləyərək özü üçün bostan sahəsinə çevirib. Sabirabad rayondan olan sakinlər bu faktı təsdiqləyirlər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın