Şənbə , Dekabr 4 2021
Ana səhifə / Sosial / Ağır yol qəzalarının sayı niyə artır? – VİDEO

Ağır yol qəzalarının sayı niyə artır? – VİDEO

Aparılan araşdırmalar göstərir ki, son vaxtlar yol qəzalarının bir hissəsi sürücülərin sükan arxasında yuxlaması nəticəsində baş verir. Xüsusən də yuxulu sürücülərin törətdiyi yol- nəqliyyat hadisələri ölümlə nəticələnir.

Bu fikirləri Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Toğrul Nəsirli deyib.

O bildirib ki, iki gün əvvəl paytaxtın Qaradağ rayonunda iki nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən avtoqəza baş verib. Onun sözlərinə görə, saat 04:30 radələrində Seymur Abıyevin idarə etdiyi avtomobil paytaxt istiqamətində hərəkətdə olan Mehman Güləliyevin idarə etdiyi yük avtomobili ilə toqquşub. İlkin məlumata görə, qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması olub.

Qeyd edək ki, sürücülər də belə halların baş verdiyini təsdiq edirlər. Təcrübəli sürücülər avtomobil idarə etməyə yeni başlayan həmkarlarına diqqətli olmalarını və mümkün qədər yorğun və yuxulu halda sükan arxasında əyləşməməyi tövsiyə edirlər.

Yol polisi mümkün qədər hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa sürücülərə avtomobilini saxlayıb dincəlməyi tövsiyə edir.

Həmçinin oxuyun

Milli Məclisdə 95 minlik təmir işləri

Milli Məclisin inzibati binası təmir olunacaq.  Bununla bağlı “Texnomaks” MMC ilə satınalma müqaviləsi imzalanıb. Müqavilənin …