Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Sosial / Ağdamda motosiklet qəzası – VİDEO

Ağdamda motosiklet qəzası – VİDEO

Ağdamda motosiklet minik avtomobilinə çırpılıb.

Oxu.Az-ın xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Motosikletçi 52 yaşlı Elman Dadaşov idarəetməni itirərək motosikletini yolun kənarında dayanan “Mercedes” markalı avtomobilə çırpıb.

Hadisə nəticəsində motosikletçi ağır bədən xəsarətləri alıb. O, əvvəlcə Ağdam Mərkəzi Rayon Xəstəxanasına, daha sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

Həmçinin oxuyun

Azərbaycanda rekord sayda koronavirusa yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə …