Çərşənbə axşamı , May 18 2021
Ana səhifə / Sosial / Ağdam sakini minaya düşdü

Ağdam sakini minaya düşdü

Aprelin 17-də saat 20 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə qoyun otaran Arif Quliyev minaya düşüb və nəticədə onun sol ayağı amputasiya edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, A.Quliyev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda həkimlərin nəzarəti altındadır.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələ ilə bağlı bildirib ki, vətəndaşlar bütün bu halları nəzərə alaraq icazəsiz, nəzarət postlarından kənar yollarla işğaldan azad edilən, lakin minalardan tam təmizlənməmiş ərazilərə getməməlidirlər: “Belə olan halda bu cür faciəvi hallarla qarşılaşa bilərlər”.

Həmçinin oxuyun

lham Əliyevdən dövlət icbari şəxsi sığortası ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında …