Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Ağacan Əbiyev “vuruldu?” – Siyavuş Novruzovdan açıqlama

Ağacan Əbiyev “vuruldu?” – Siyavuş Novruzovdan açıqlama

Millət vəkili Siyavuş Novruzovun Parlamentin İntizam Komissiyasının sədrliyinə təyin olunması xəbəri yalan çıxıb.

Bunu A24.az-a açıqlamasında millət vəkili Siyavuş Novruzov deyib:

“Bu tamamilə yanlış məlumatdır. Milli Məclisin iclası hələ keçirilməyib. Bu necə ola bilər ki, mənə yeni vəzifə verilsin. Hələ də komissiya sədri Ağacan Əbiyevdir. Mən parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədriyəm.”

Qeyd edək ki, millət vəkili Ağacan Abiyevin İntizam Komissiyasının sədri vəzifəsindən çıxarılması və onun yerinə deputat Siyavuş Novruzov təyin edilməsi haqqında xəbər yayılmışdı.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın