Şənbə , İyun 6 2020
Ana səhifə / Sosial / Ağac kəsən şirkət 50 min manat cərimələndi

Ağac kəsən şirkət 50 min manat cərimələndi

Bu ilin avqust ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Bakının Nərimanov rayonu V. Mayakovski küçəsi, “Montin bazarı”nın yaxınlığında ağacların kəsilməsi faktı aşkar edilib və qanunamüvafiq tədbir görülüb.

Bunu jurnalistlərə açıqlamasında ETSN-nin mətbuat katibi İradə İbrahimova deyib.

O bildirib ki, sözügedən ünvanda qəzalı vəziyyətdə olan yataqxana binasının söküntüsü zamanı bir neçə ağac icraçı şirkət RR CONSTRUVTİON MMC tərəfindən kəsilib. Faktla bağlı akt, protokol tərtib olunub, MMC hüquqi şəxs qismində 50 min manat məbləğində cərimə olunub.

Qeyd edək ki, dünən bir sıra mətbu orqanlarda Nərimanov rayonu, V. Mayakovski küçəsində ağacların kəsilməsi və tədbir görülməməsi barədə xəbər yayılıb.

Həmçinin oxuyun

Azərbaycanda bir həftəlik çölə çıxma qadağası tətbiq edilə bilər – Açıqlama

Xəbər verdiyimiz kimi iyunun 3-də 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb. Məhz buna görə …