Cümə , Sentyabr 30 2022
Ana səhifə / Sosial / Aeroportda kran aşıb: Ölən və yaralanan var

Aeroportda kran aşıb: Ölən və yaralanan var

Heydər Əliyev Beynəlxalq Hava Limanında kran aşıb, ölən və yaralanan var.
Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış daxil olub.

Qeyd edilib ki, zərərçəkən bir nəfər ağır müştərək travmalarla tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib: “Bir nəfər isə qarnın küt travması ilə TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb”.

Həmçinin oxuyun

Bakıda avtobus sürücüsü dəhşət saçdı – VİDEO

Bakıda 136 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb. 90 …