Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / ADP məmurlarla savaşan səfirin müdafiəsinə qalxdı – Partiya toplantı keçirdi

ADP məmurlarla savaşan səfirin müdafiəsinə qalxdı – Partiya toplantı keçirdi

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlər əsas müzakirə obyekti olub.

Strateq.az xəbər verir ki, toplantı iştirakçıları ilk öncə Türkiyədə keçirilən parlament seçkilərinin nəticələrinə münasibət bildirib. Seçkilərin dinc, demokratik və qanuni keçirilməsinə diqqət çəkən toplantı iştirakçıları qardaş ölkə xalqını Türkiyə dövlətinin siyasi gələcəyinə işıq salan bu seçkilər münasibəti ilə təbrik edib.

Toplantıda seçkilərin nəticələrinin türk xalqının mənafeyinə xidmət edəcəyinə və Azərbaycanla iqtisadi, siyasi, mədəni əlaqələrin daha dərin inkişafına töhfə verəcəyinə ümidvar olduğu ifadə edilib.

İdarə Heyəti ölkəmizdə keçiriləcək I Avropa Oyunlarına sayılı günlər qalmış bir sıra Avropa dövlətləri rəhbərlərinin bu beynəlxalq tədbirdə iştirak etməyəcəyi ilə bağlı səslənən bəyanatların cəmiyyətimizdə birmənalı qarşılanmamasına diqqət çəkib. Bu addımların arxasında hakimiyyətin ölkədə insan hüquq və azadlıqlarına məhəl qoymamasının olduğunu diqqətə çatdırıb. İdarə Heyəti hakimiyyəti bu tədbirin dövlətimiz üçün böyük əhəmiyyət kəsb etməsini nəzərə alaraq Avropa dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən insan haqları, demokratiya barədə irəli sürülən tələbləri yerinə yetirməyə, ölkədə vətəndaş hüquq və azadlıqlarının, söz, mətbuat özgürlüyünün qorunması, siyasi məhbus probleminin həlli, vətəndaş cəmiyyəti institutları üzərində qoyulan məhdudiyyətlərin aradan qaldırılması istiqamətində addımlar atmağa çağırıb. Eyni zamanda, bu tədbirlərin keçirilməsi adı altında vətəndaşları konstitusiya ilə müəyyənləşən hüquqlarının, o cümlədən onların sərbəst hərəkət etmək, istirahət hüquqlarının pozulmasının yolverməz olduğunu diqqətə çatdırıb.

İdarə Heyəti, eyni zamanda, “Beynəlxalq Avrasiya Hərəkatının” lideri, Kremlin qeyri-rəsmi sözçüsü kimi tanınan Aleksandr Duqinin Azərbaycan hakimiyyətini Dağlıq Qarabağla bağlı heç bir ilkin şərt qoymadan Avrasiya İttifaqına qoşulmaqla bağlı səsləndirdiyi təhdidedici bəyanata münasibət bildirib və bu cür bəyanatların arxasında Putin Rusiyasının postsovet məkanında müstəqillik əldə etmiş ölkələri yenidən işğal altına salmaq planlarının durduğunu qeyd edib. İdarə Heyəti məhz Rusiya dövləti tərəfindən Gürcüstan, Moldova, Ukrayna, Azərbaycan ərazilərinin bir hissəsinin işğala məruz qaldığına diqqət çəkib və bu işğalçı siyasətin qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti BMT-nin işğalla bağlı qətnaməsini tətbiq etməyə və Rusiyanı dünyada işğalçı dövlət kimi tanımağa səsləyib.

İdarə Heyəti Azərbaycan hakimiyyəti tərəfindən ATƏT-in Layihələr Koordinatorunun Bakıda fəaliyyəti bağlanması xəbərindən narahat olduğunu, məhz beynəlxalq demokratik institutların fəaliyyətinin durdurulmasından sonra Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasının daha intensiv xarakter almasından əndişə duyduğunu bildirib. Və hakimiyyəti ATƏT və AŞ qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün onların yerli strukturlarının səlahiyyətlərinin artılımasına çağırıb.

İdarə Heyəti Azərbaycanın uzun müddət Avropa Şurası, Avropa birliyi və hazırda İslam Konfransı Təşkilatının Avropa birliyində nümayəndəsi olan, diplomat A.Məmmədovun sosial şəbəkələrdə məmurlar tərəfindən xalqımızın başına gətirilən bəlalarla bağlı fikir bölüşməsindən sonra ona qarşı başlanan çirkin kampaniyanı qətiyyətlə pisləyib və hakimiyyəti ölkəmizin beynəlxalq aləmdə tanınması istiqamətində çiddi səylər göstərən bir diplomata qarşı yönəlmiş təzyiqlərə son qoymağa çağırıb.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın