Adnan Oktarın dodaq uçuqladan sərvəti görün kimə qaldı

Türkiyədə “Adnan Hoca” adı ilə tanınan və özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktarın sərvətinin dövlətə təhvil verilməsi prosesinin tamamlandığı iddia edilib.

Məhkəmə dindirməsi zamanı aylıq 3 min 500 lirə gəliri olduğunu iddia edən Oktarın 1 milyard dollar sərvətinin olduğu üzə çıxıb.

Bildirilib ki, MASAK-ın hesabatında Oktarın ümumi sərvəti 200 milyon dollar kimi qiymətləndirilib.

Maliyyə polisi təşkilata aid bankların, reyestr qeydlərinin və iş yerlərinin dəyərini hesablayarkən, təşkilatın 1 milyard dollarlıq sərvət idarə etdiyi ortaya çıxıb.

Xatırladaq ki, Adnan Oktara cinayət təşkilatı yaratmaq və idarə etmək, cinsi zorakılıq və cinsi təcavüz, təhsil hüququnun qarşısının alınması və şəxsi azadlıqdan məhrum etmə cinayətlərinə görə verilən cəmi 8 min 463 il 4 ay həbs cəzası verilib./BAKU.WS

Paylaş




Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol