Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Adını üç dəfə dəyişən MTK işində yenilik – Məhkəmə işin baxılmamış saxlanılması ilə bağlı qərardad qəbul edib

Adını üç dəfə dəyişən MTK işində yenilik – Məhkəmə işin baxılmamış saxlanılması ilə bağlı qərardad qəbul edib

Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr. 46 ünvanda tikintisi artıq başa çatmış (8 bloklu binanın) 2 blokunun tikintisi üçün pul ödəyərək, 2005-ci ildən bəri mənzil şəraitini yaxşılaşdırmaq istəyən vətəndaşların üzləşdiyi problemlə bağlı Azinforum.az tərəfindən içtimailəşdirilən mövzu ilə bağlı yenilik var. “Üç milyon pul, 8 mənzil dələduzluğunun izi ilə…” və “Vətəndaşlara dələduzluq edən şirkət 3 dəfə adını dəyişib – “ARAZ” MTK, “ARAZ-T.İ.” MMC yoxsa “ƏCƏMİ” MMC ?” başlıqlı araşdırma yazılarının dərcindən sonra Bakı Kommersiya Məhkəməsi işin baxılmamış saxlanılması ilə bağlı qərardad qəbul edib. Ümid edirik ki, tez bir zamanda haqları tapdalanan bütün sakinlər öz halal mülklərinə sahib olacaqlar.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …