Üç gün əvvəl Sabunçu rayon İcra Hakimiyyəti
başçısı Adil Vəliyevin göstərişi ilə Zabrat qəsəbəsində yerləşən Murad
Mirzəyev küçəsində polis və ağır texnika yeridilib. İcra hakimiyyətnin
işçiləri və polisin müdaxiləsi ilə həmin küçədə inşa olunmuş ev sökülüb.
Özünü
şəhid qardaşı kimi təqdim edən Məhəmməd Ağayev bildirib ki, həmin
tikilinin qızı üçün inşa etdirib, hətta evin tikintisinə icazə üçün
müəyyən məbləğdə pul da verib:
“Evin
sökülməyi məni yandırır. 1500-2000 manata görə ev sökülüb. 2 sot
toropaqda balama ev tikmişdim. Polis xalq əvəzinə məmurun asayişin
qoruyur. Mənim qardaşım şəhid olub. 1992-ci il sentyabrın 10-da Ağdamın
Sırxavənd istiqaməıtində gedən döyüşlərdə itkin düşüb. 27 il sonra
məhkəmə qərarı ilə ona şəhid statusu verilib. Evin sökülməsi ilə
uşaqlarımı küçədə qoyublar və bu mənə təsir edir. Amma şəhid ruhunu icra
nümayəndəsi İlqar təhqir edir”.
Sökülən
evin sahibi Əmir Hüseynov isə deyir ki, Zabrat icra nümayəndəsi İlqar
Süleymanov ondan 120 kvadratmetr sahəsi olan evin tikilməsi üçün 6500
manat pul istəyib, həmin məbləğun 4500 manatını ödəyib:
“Dedim
dam vurulsun 2000 manatı çatdıracam. 1 aydan möhlət verməsi üçün
yalvardım. Dedi ki, icra başçısı bizi narahat edir, ev sökülməlidir. Evi
aprelin 1-də polis gücü ilə söküblər. Ev sökülən gün məni Sabunçu rayon
Polis İdarəsinin 15-ci polis bölməsinə apardılar. İcra hakimiyyətinə
getdim. Adil Vəliyev deyir ki sizi deportasiya etdirəcəm. Dedim mən
erməniyəm? Ailəmin günahı nə idi ki, yoldaşımı yerlə sürüyürdülər”.
Sabunçu
rayon İcra Hakimiyyəti başçsının Zabrat qəsəbə nümayəndəsi İlqar
Süleymanov bildirdi ki, həmin evdə şəhir ailəsi olmayıb. Daha öncə Şamil
Əliyev adında hansısa mühafizə xidmətində işləyən bir şəxs icra
nümayəndəliyinə gəlib və qanuni şəkildə ev tikəcəyini deyib. Həmin şəxs
səhra geyimində olub. Dövlət Əmlak Komitəsindən çıxarı olduğunu və
təqdim edəcəyini söz verib. Bir müddət sonra əraziyə baxış zamanı məlum
olub ki, tikinti aparılır.
“Dedilər
Şamil müəllimindir. Şamil müəllimlə telefonla əlaqə saxladıq, bildirdi
ki evin sənədləri var və gətirib təqdim edəcək. Xəbərdarlıq etdik ki,
tikinti sənədlər təqdim edilənədək saxlanılsın. Buna məhəl qoymadı və
tikintini başa çatdırdı. Qərar qəbul olundu ki, tikinti sökülməlidir. Ev
sökülən günü isə Şamil Əliyev gəlmədi və 10 nəfər adam çıxıb bildirdi
ki, tikinti bizimdir. Necə oldu ki, 1 saat yarım əvvəl tikinti Şamil
Əliyevin idi, indi sizin? Dedilər ki, Şamili tanımırıq. Məlum oldu ki,
həmin Şamil Əliyev bu adamlara havadarlıq edir. Qonşular da bildirdi ki,
Əmir və Günay Hüseynovanın evi sökülən tikinli ilə üzbəüz olub.
Satıblar, Şamilin havadarlığı ilə yeni tikinti aparıblar. Hazırda
araşdırma aparılır. Söküntü aparılan zaman da heç bir münaqişə olmayıb.
Özləri əvvəl söz vemişdilər ki, söküntü aparacaqlar. Həmin şəxslər həmin
ərazidə şantajla məşğuldular, zəbt edib tikinti aparıb satmaqla
məşğuldular. Sabunçu polisinə rəsmi müraciət olunub. Qeyri-qanuni torpaq
zəbti var, tikinti işi aparılıb. Əmir Hüseynov bizim əməkdaşlarla
davaya çıxıb. Onların dedikləri cəfəngiyatdır. Onlar üstümüzə bıçaq
çıxarıblar. Ortaya video çıxartsınlar. Bizdə çəkilişlər var. Söküntü
vaxtı mənim əlim cibimdən çıxamayıb. Günay Hüseynovaya deyirəm ki,
gözünün altı niyə qaralıb, yoldaşın döyüb? Deyir ki, yıxılmışam. Onun
çəkilişi işçilərdə var. O evin qapısı, döşəməsi, tavanı, işığı olmayıb.
Onlar bu gün satdıqları evdə yaşayırlar. Bu işin havadarı Şamil
Əliyevdir”.
İcra
nümayəndəsi Ə.Hüseynovdan tikinti aparması üçün pul almasını təkzib
etdi: “Mənə pul veriblərsə sübut etsinlər. Otağımda kamera var. Onlar
məni tanımırlar. Belə bir hal mümkün deyil”./Azerbaycanrealligi.com/
Həmçinin oxuyun
Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq
Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …