Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Adil Əliyev: “Məqsəd hərbi xidmətə cəngavərlər yetişdirməkdir”

Adil Əliyev: “Məqsəd hərbi xidmətə cəngavərlər yetişdirməkdir”

Azərbaycan Kikboksinq Federasiyası və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə orta məktəblərdə kikboks klubları yaradılır.

Bu məqsədlə Kikboksinq Federasiyasının prezidenti, millət vəkli Adil Əliyev jurnalistlərlə görüş keçirib, layihə haqqında məlumat verib.

A.Əliyev bildirib ki, layihədə əsas məqsəd hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, sağlam gəncliyin formalaşmasıdır: “Bu idmanın hər bir uşaq üçün tərbiyəvi əhəmiyyəti də çox böyükdür. Düşünürəm ki, layihədə əsasən məktəb uşaqlarının iştirakı daha effektli olacaq. Bu idman uşağa əzəldən aşılansa, o idmançı əhval-ruhiyyədə yetişir. İstənilən kollektivdə idmançı uşaqlar seçilir, daha intizamlı və sakit olurlar. Əgər bir problem olmasa, mən bu layihənin bütün Azərbaycanı əhatə etməsini istəyirəm. Artıq elan vermişik və bundan sonra mənə nə qədər idmançılarımız müraciət ediblər ki, həm paytaxtda, həm bölgələrdə şərait yaradılsın və biz uşaqları yetişdirək. Bu günlərdə idmançı yetişdirmək çox çətindir.

Layihə indiyə kimi 4 rayonu əhatə edib, Nərimanov, Yasamal, Xətai və Nizami rayonu. Çalışırıq ki, hər rayonda bir-iki məktəbdə başlayaq və sonradan genişləndirək. Bu məsələdə mətbuatın da bizə dəstək olmasını istəyirik. Mən məktəblərdə şagirdlərlə keçirilən görüşlərimizə Qarabağ qazilərini, parolimpiya çempionlarını da aparıram. Uşaqlar öz qəhrəmanlarını tanıyırlar, çox gözəl effekt verir”.
A.Əliyev bölgələrdə keçirilən yarışların daha çox maarifləndirmə xarakterli olduğunu qeyd etdi: “Naxçıvanda keçirdiyimiz yarış da çox möhtəşəm oldu. Orada iştirak edən 1000 nəfər şagird də bölgələrdə keçirdiyimiz yarışların qalibləri idi. Ağdamda, Göygöldə, Qazaxda, Naxçıvanda yarışlarımız oldu. Bu yarışlar gənclərin marağına səbəb olur. İnsanlar gəlir görür ki, çempionlarımız kimdir.

Bu layihənin kütləviliyi təmin olunmalıdır. Bu həm də gəncləri narkomaniyadan, pis vərdişlərdən uzaqlaşdıran, internet klublardan, qəlyanxanalardan yığışdıran bir amil olar. Bu yolla ordumuz üçün sağlam əsgər yetişir. beynəlxalq arenada bizi daha çox idmançı təmsil edər. Bu layihə başlayandan sonra uşaqlarımız daha çox yarışlarda iştirak edirlər. Artıq əvvəlki kimi ildə bir dəfə respublika çempionatından iştirak etmirlər. İndi uşaqlar ayda iki yarışda vuruşurlar. Hesab edirəm ki, biz gələn il yarışlara daha çox uşaq çıxara biləcəyik.Təsəvvür edin ki, bundan əvvəl federasiyamızın keçirdiyi yeniyetmələr arasında respublika çempionatına 150, maksimum 180 nəfər qatılırdı. Bu il isə onların sayı 1000 nəfərə qalxdı. Bu isə o deməkdir ki, bir çağırışda hərbi xidmətə 1000 nəfər cəngavər gedəcək.
Onlar fiziki cəhətdən möhkəm, sağlam və yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmuş, döyüşməyə hazır olan əsgərlərdir.
Azərbaycanda 85 federasiya var. Onların heç olmasa yarısı bu nəticəni əldə edə bilsələr, hər il ən azı 20 min döyüşkən, cəngavər əsgər orduya gedər”.

Azinforum.az

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın