Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / Sosial / Adı rüşvət almaqda hallanan direktor əvəzi danışdı – VİDEO

Adı rüşvət almaqda hallanan direktor əvəzi danışdı – VİDEO

Sosial şəbəkələrdə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor vəzifəsini müvəqqəti icra edən Şahin Əliyevin rüşvət alması ilə bağlı səs yazısı yayılıb.

Bundan əlavə, kollecin bazasında toz basmış avtomobillərin işlək vəziyyətdə göstərilməsi və onlar üçün yanacaq pulu adı altında xeyli miqdarda vəsaitin mənimsənilməsi də iddialar arasındadır.

İddialar yayıldıqdan sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən o, tutduğu vəzifədən azad edilib.

Adı nöqsanlara yol verməsi ilə bağlı qalmaqalda hallanan Şahin Əliyev “Xəzər Xəbər”ə danışıb. O, yayılan iddiaları əsassız adlandırıb və məqsədli sayır.

Kollecdən isə bildirdilər ki, Göyçay Rayon Prokurorluğunun qərarına əsasən Maliyyə Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən müəssisədə araşdırma aparılır.

O da qeyd edilib ki, 2023-cü ilin dekabr ayından etibarən orta ixtisas təhsili müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Həmçinin oxuyun

Sumqayıt sakini: “Yollara görə maşın hər gün ustadadır” – Video

Sumqayıtda yaşayan sakinlər yolların keçilməz olmasından şikayətçidirlər. Burada elə küçələr var ki, 42 ildir asfalt …