Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Adı içki qalmaqalında hallanan səfir danışdı – QALMAQAL

Adı içki qalmaqalında hallanan səfir danışdı – QALMAQAL

“Haqqımda yayılan bütün məlumatlar cəfəngiyatdır”.

ANSPRESS-in verdiyi xəbərə görə, haqqında çıxan içki və siqaret sifarişi barədə xəbərlərinə münasibət bildirən Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov deyib. Səfir bu barədə geniş danışmaq istəmədiyini, eyni zamanda onun haqqında yayılan məlumatlara geniş olaraq rəsmi münasibətini yaxın vaxtlarda bildirəcəyini söyləyib.

Qeyd edək ki, Avstraliyanın nüfuzlu qəzetlərindən olan “The Age” Azərbaycan səfiri Rövşən Cəmşidovun və səfirliyin mühasibi Araz Xasiyevin qəribə sifarişləri barədə məqalə dərc edib. Məqalədə bildirilir ki, səfirlik Avstraliya hökumətinə müraciət edərək böyük miqdarda alkoqollu içkinin və siqaretin rüsumsuz gətirilməsinə icazə verilməsini xahiş edib.

Avstraliyanın məşhur qəzeti əldə etdiyi sənədlərə əsasən yazır ki, səfir və səfirliyin mühasibi öz diplomatik statuslarından istifadə edərək hökumətdən 2000 litr pivə, 1100 litr çaxır, 520 litr spirt və 40 000 siqaretin rüsum ödənilmədən ölkəyə gətirilməsinə icazə verilməsini xahiş ediblər.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın