Cümə , Aprel 12 2024
Ana səhifə / Sosial / ADA Universiteti 1 gündə 828 min manatlıq 18 tender müqaviləsi açıqladı

ADA Universiteti 1 gündə 828 min manatlıq 18 tender müqaviləsi açıqladı

ADA Universiteti yerli və xarici şirkətlərlə 18 tender müqaviləsi imzaladığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, imzalanan tender müqavilələrinin ümumi dəyəri 827 min 95 manat 84 qəpik təşkil edib.
Qeyd edək ki, müqavilələrdən yalnız 5-i yerli şirkətlərlə bağlanıb. 1 müqavilə isə Azərbaycan vətəndaşı olan fiziki şəxslə imzalanıb. Digər 12 müqavilə xarici ölkələrə məxsus şirkətlərlə bağlanıb.
ADA Universiteti tender müsabiqəsi keçirməyib və bütün müqavilələri bir mənbədən satınalma metodu əsasında imzalayıb.

Həmçinin oxuyun

Sığorta şirkəti qəzaya düşən avtomobilə dəymiş zərəri tam ödəməyib – VİDEO

Sığorta şirkəti qəzaya uğrayan avtomobilin təmiri üçün dəymiş zərəri tam ödəməyib.Belə bir halla paytaxt sakini …