Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / Sosial / Ad günü keçirən direktora şiddətli töhmət verildi

Ad günü keçirən direktora şiddətli töhmət verildi

Sosial şəbəkələrdə 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovanın karantin qaydalarını pozaraq özünə ad günü məclisi təşkil etməsinə dair görüntülər yayılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib.

Qeyd olunub ki, direktora Təhsil nazirinin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Həmçinin oxuyun

Sabah qar yağacaq, yollar buz bağlayacaq

Yanvarın 31-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış …