Çərşənbə axşamı , Oktyabr 3 2023
Ana səhifə / Sosial / Abşerondan daha bir şikayət: Sarayda antisanitariya hökm sürür

Abşerondan daha bir şikayət: Sarayda antisanitariya hökm sürür

Abşeron rayonu, Saray qəsəbəsi, Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri ərazidəki antisanitar vəziyyətdən şikayətlənirlər.
“Report”a şikayət edən sakinlər bildiriblər ki, antisanitar şərait üzündən küçədən keçmək mümkün deyil.
Sakinlərin sözlərinə görə, kanalizasiya xətləri kustar üsulla çəkildiyinə görə dolub-daşır. Bu da çirkab suların küçəyə axmasına səbəb olur. Onlar bildirirlər ki, problemlə bağlı əlaqədar qurumlara müraciət etsələr də, hələ tədbir görülmləyib.
“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Neyman Səfərəliyev bildirib ki, mövcud kanalizasiya xətləri vətəndaşlar tərəfindən kustar üsulla, fərdi qaydada çəkilib: “Ərazidə mərkəzləşdirilmiş kanalizasiya infrastrukturu mövcud deyil. Ona görə bu xəttdə tez-tez tutulmalar baş verir. Belə vəziyyət yarandıqda “Azərsu” ASC sakinlərə köməklik göstərir, xəttin açılması, işlək vəziyyətə gətirilməsinə yardım edirlər. Qəsəbədə mərkəzləşmiş kanalizasiya infrastrukturunun qurulması ilə bağlı layihələr var və bunlar gələcəkdə dövlət investisiyaları hesabına keçiriləcək”.

Həmçinin oxuyun

“Vətən müharibəsi qazisi canına qəsd etməyə çalışıb”

Vətən müharibəsi qazisinin intihara cəhd etdiyi iddia olunur.Bu barədə “Gənc qazilər” ictimai birliyinin sədri, Vətən …